Volkswagen şirkəti tam çəkiş sistemi ilə təchiz edilmiş I.D.Buzz elektrik miniveninin prototipini Detroyt avtosalonunda nümayiş etdirmişdir. Tam çəkiş sistemini ümumi gücü 369 at qüvvəsi olan, ön və arxa oxlarda yerləşdirilmiş iki elektromühərrik təmin edir.

Elektrik mühərrikləri prototipin döşməsində quraşdırılmış tutumu 111 kilovat/saat olan batareyalar blokundan qidalanır. Volkswagen I.D. Buzz miniveni yerindən 96 km/saat həddinə beş saniyəyə sürətlənir. Minivenin maksimal sürəti elektronika tərəfindən 160 km/saat həddində məhdudlaşdlrlmışdır. Prototipin yürüş məsafəsi 600 kilometr təşkil edir. Xüsusi qurğudan istifadə edərək batareyaların 80 faizinin doldurulmasına saat yarım vaxt tələb olunur.

Prototipin əsasını MEB modul platformasının təkmilləşdirilmiş versiyası olan XL təşkil edir. Bu şassinin standart variantı 2016-cı ildə Paris avtosalonunda təqdim edilmiş I.D. hetçbekin ilə birlikdə debüt etmişdir. Alman istehsalçısı MEB platformasının I.D.Buzz modelində arxa oxda quraşdırılan 268 at qüvvəli bir elektrik mühərrikindən istifadə etməyə imkan verdiyini bildirmişdir. Bu zaman konseptin döşəməsinə tutumu 83 kilovat/saat olan batareya quraşdırıla bilər. 

Volkswagen I.D. Buzz modelinin qabarit uzunluğu 4942 millimetr, eni - 1976 millimetr, hündürlüyü 1963 millimetr təşkil edir. Prototipin təkər bazasının uzunluğu 3299 millimetrə bərabərdir. Beləliklə, konsept Volkswagen Multivan modelindən 64 millimetr qısa, 72 millimetr enli və 7 millimetr alçaqdır. Eyni zamanda, konseptin təkər bazası 299 millimetr uzundur.

Prototipin təchizat siyahısına avtonom idarəetmə sistemi daxil edilmişdir. Pilotsuz rejimdə avtomobilin elektronikası lazer və ultrasəs vericilərindən, radar və dairəvi müşahidə kameralarından məlumat alır. Pilotsuz rejimin işə salınması halında sükan çarxı ön panelə yığışdırılır. Avtopilot sistemi sükan çarxına. əyləc və ya akselerator pedalına toxunuşla söndürülür.

I.D. Buzz prototipi üç cərgəli oturacaqlarla təchiz edilmişdir ki, ön oturacaqlar avtopilot rejimində hərəkət istiqamətinin əksinə çevrilə bilir. Bu zaman ikinci cərgənin oturacaqlarını masalara, üçüncü çərgəni isə çarpayıya çevrmək imkanı vardır.

Volkswagen I.D. Buzz modelinin təchizatına sürücünün tanınması sistemi, əlavə reallıq effekti olan proyeksiya displeyi, güzgüləri əvəz edən arxa görüntü kameraları, döşəmənin ağac ilə işlənməsi, işıqdiodlarından olan ön fənərlər və 22-düymlük təkər diskləri daxildir. Bundan başqa, miniven iki baqaj bölümü ilə təchiz edilmişdir. Öndə olan baqaj bölümü 172 litrlik, arxada olan isə 659 - 4601 litr arasında məkan təklif edir.

Prototipin seriya variantının istehsal tarixi səsləndirilməmişdir. İstehsalçı yalnız 2020-ci ilə elektrik model cərgəsinin genişləndirilməsinə başlayacağını və 2025-ci ildən başlayaraq isə hər il bir milyona yaxın elektomobil satmağı planlaşdırdığını bildirmişdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt