Detroyt avtoslonunda sərginin ən yaxşı avtomonilləri elan olunub. Qalibləri avtomobil dizaynı aləminin 30 ən tanınmış və nüfuzlu nümayəndəsindən ibarət olan münsiflər heyəti müəyyən edib.
Ən çox mükafat alan avtomobil Infiniti QX Inspiration konsepti olub. Konsept «Ən yaxşı konseptual avtomobil», «Ən yaxşı interyer» və «Rənglər və materialların innovasion istfadəsi» nominasiyalarında qalib gəlib. Infiniti QX Inspiration yapon markasının bir neçə ildən sonra işıq üzü görəcək bənzər seriya elektrokarının carçısıdır. Keçən Detroyta avtosalonunun ən yaxşı konsept avtomobilini də Infiniti şirkəti qazanıb. 2018-ci ildə şirkət NAIAS sərgisində Q Inspiration konseptini təqdim etmişdi.
Sərginin «Ən yaxşı seriya avtomobili» adına Ford markasının tarixində ən güclü avtomobil olan Shelby GT500 kupesi layiq görülüb. Kupe 700 at qüvvəsinin üzərində gücə malik olan 5,2-litrlik kompressorlu V8 mühərriki və iki muftalı «robot» ilə təchiz edilir.
«Ən yaxşı işıq texnikası» nominasiyasının qalibi konseptual Lexus LC kabrioleti elan edilib. Konsept 22-düymlük təkər disklərinə, ağ dəri ilə tərtib edilmiş salona və atmosfer tipli V8 mühərrikinə sahibdir. Konseptin seriayaya getməsi labüddür, lakin onun istehsalının nə zaman başlanacağı elan edilməyib.