Infiniti şirkəti Detroytda keçirilən avtosalonda QX Inspitarion konseptini göstərib. Konsept premium avtomobillər istehsal edən yapon brendinin dizayn üslubunun inkişaf istiqamətini nümayiş etdirməklə vəzifələndirilib.
Daxili yanacaq mühərrikindən imtina konseptin ölçülərini optimallaşdırmağa imkan verib. Prototipin maraqlı xüsusiyyətlərindən biri radiator barmaqlığı olmayan ön hissə və rəvan səth üzərindəki işıqlandırılan loqotipdir. Konseptin 22-düymlük təkər diskləri ona xüsusi görünüş bəxş edib.
Səkkiz silindrli mühərrik salon quruluşuna təsir edən amillərdən biridir. Elektrikləşdirmə konseptin salonunu daha geniş və rahat etməyə imkan verib. Konseptin texniki xüsusiyyətləri açılanmasa da, onun avtomobilin döşəməsində yerləşdirilmiş batareyalardan qidalanan iki elektromühərriklə hərəkətə gəldiyi məlumdur. Mühərriklər ön və arxa oxda yerləşir ki, kardan valının və transmissiya tunelinin yoxluğu konseptin daha geniş salona malik olmasını təmin edir.
“QX Inspitarion Infiniti markası üçün yeni eranın başlanğıcıdır və bizim hansı istiqamətdə inkişaf edəcəyimizin göstəricisidir. Yeni texnologiyalar bizim bizayn fəlsəfəsini inkişaf etdirməyə imkan verir və yeni avtomobil nüvəmizin sakit gücünün təzahürüdür”, - Infiniti şirkətinin dizayn üzrə icraçı direktoru Kərim Həbib bildirib.
Məlumdur ki, yeni konsept xüsusi olaraq elektromobillər üçün yaradılmış modul platformasında inşa edilibdir. Infiniti şirkəti bu platformadan 20201-ci ildə seriyaya gedəcək elektrokarların inşasında istifadə edəcəkdir.