Quantino “kvant” elektrokarını yaratmış Lixtenşteyn mənşəli NanoFlowcell şirkəti yeni modeli hazırladığını bəyan etmişdir. Quant 48Volt adlandırılan elektromobilin kütləvi təqdimat mərasini Cenevrə avtosalonunda keçiriləcəkdir.
Lixtinşteynlilər yeni prototipi “dünyada axar akkumulyatorları olan aşağı voltlu güc qurğusu ilə təchiz edilmiş ilk elektrik sportkarı” kimi qələmə verirlər. Quant 48Volt modeli NanoFlowcell şirkətinin “dəyişik-idarəedilən axıcı hücrələri” texnologiyasını və dörd aşağıvoltlu elektromotoru nümayiş etdirəcəkdir.Tam çəkişli sportkarın ümumi gücü 760 at qüvvəsi təşkil edəcəkdir. Sportkar 100 km/saat həddinə 2,4 saniyəyə sürətlənəcək və 300 km/saat maksimal sürətə malik olacaqdır. Elektrokarın yürüş məsafəsi 1000 kilometr təşkil edəcəkdir. Yeni güc qurğusunu elektrokarlar arasında ən yüngül, təhlükəsiz, qənaətcil və ekoloji cəhətdən ən təmiz sistem adlandırılar.
Mətbuat açıqlamasından göründüyü kimi, model hələlik prototip statusundadır, lakin sonradan seriyay gedəcəkdir.