NASA-nın Con Qlenn adına Tədqiqatlar mərkəzinin alimləri yüksək elastikliyə malik olan, dəlinmələrdən qorxmayan və deformasiyadan sonra formasını bərpa edən yeni növ şini işləyib-hazırlayıblar. Bu şinlər Mars planetinə göndəriləcək aparat üçün nəzərdə tutulub.
Bununla belə, yaradıcı komanda bu təkərləri ənənəvi pnevmatik şinlərin əvəzi kimi görürlər. Superelastic adlandırılan təkərləri, NASA ilə Goodyear şirkətlərinin birgə hazırladıqları “yaylı” təkərlərin təkamülü saymaq olar. Təkərlərin materaialı, nitinol kimi tanınan titan ilə nikelin qarışığından hazırlanıbdır və hörmə zirehli geyimi xatırladır.
Bu material, ərintilər arasında yüksək forma yaddaşı olan lider kimi tanınır. Nitinol 10 faizlik deformasiyadan sonra tamamilə bərpa olunmaq qabiliyyətinə malikdir.
Əvvəllər polad yaylardan və kompozit materiallardan hazırlanmış təkərlərdə bu rəqəm 0,3 – 0,5 faiz təşkil edib.
Nitinoldan hazırlanan təkərlərin digər üstün cəhəti onların yüngül olması (10 kiloqram), istənilən səthlə təmas səviyyəsinin tənzimlənməsi və yüksək dempfir xüssusiyyətidir.
Bundan başqa, yaylardan fərqli olaraq nitinoldan hazırlanan radial sətrlik tilləri konstruksiyanın elastikliyini yaxşılaşdırır. Bununla belə, şinlərin istifadəsi yalnız kosmik proqramla məhdudlaşa bilməz. Artıq minik və yolsuzluq avtomobilləri, hərbi texnika, kənd təsərrüfatı və aviasiya sahələri potensial tətbiq məkanı sayılır.
Yaradıcılar artıq Jeep Renqler modelini belə təkərlərlə təchiz edərək onu real şəraitlərdə sınaqdan keçiriblər.