2018-ci ildə ilk hind milli hiperkarını nümayiş etdirən Vazirani Automotive startapı Ekonk elektrik spidsterinin prototipini göstərib. Şirkət yeni modelin dünyanın ən yüngül elektrokarı olduğunu və onun istilik tənizmlənməsi sisteminin biomimikriyanın prinsiplərinə əsaslandığını bildirib.
Bir nəfərlik Eknok (hind müqəddəs yazılarında bu sözlə “Böyük partlayışa” işarə edilir) bütövlükdə karbonplastikdən hazırlanıb. 738 kiloqram çəkisi olan elektrokarın güc qurğusu 732 at qüvvəsi hasil edir. Spidster 100 km/saat həddinə 2,54 saniyəyə sürətlənir. Onun bəyan edilmiş maksimal sürəti 309 km/saatdır. Prototip ən aşağı aerodinamik müqavimət əmsalına malikdir və hər hansı bir yardımçı sistem ilə təchiz olunmayıb.
Bunun səbəblərindən biri, Vazriani Automotive şirkəti tərəfindən hazırlanmış batareyanın hava ilə soyudulması sistemindən istifadə olunmasıdır. İstilik mübadiləsi texnologiyası DiCo adlandırılıb və biomimikriyanın prinsiplərinə əsaslanır: Ekonk sanki nəfəsin köməyi ilə istilik mübadiləsini həyata keçirən heyvanları təqlid edir. Şirkət təfərrüatları açılamayıb, odur ki, DiCo sisteminin iş prinsipi hələlik naməlumdur.
Bu texnologiyanın hər hansı bir formada Shul hiperkarına köçürüləcəyini ehtimal etmək olar. Hiperkarın dizaynı Gran Turismo oyunlarının yaradıcısı Kadzunori Yamauti ilə əməkdaşlıqda yaradılıb. Hiperkar ümumi gücü 1000 at qüvvəsi olan dördmühərrikli (hər bir təkərdə bir elektrik mühərriki) güc qurğusu hərəkətə gəlir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.