Keçən həftə debüt edən BMW 4 series kupesinin əsas xüsusiyyəti nəhəng “burun dəlikləri” radiator barmaqlığıdır. Kupenin qeyri-adi dizaynı marka həvəsakarlarının haqlı narazılıqlarına səbəb olub. Alman şirkətinin nümayəndələri yeni avtomobilin tadiator barmaqlığını hazırlayan zaman tarixi BMW 328 Coupe və BMW 3.0 CSi modellərindən ilham alındığını bildirməklə öz hərəkətlərinə haqq qazandırmağa çalışıblar.
Biz isə, marka fanatların yaxşı xəbərimiz var - xoşbəxtlikdən belə radiator barmaqlığı alman markanın digər modellərində tətbiq edilməyəcəkdir. Bu barədə Motor1 saytına müsahibə verən BMW şirkətinin baş dizayneri Domaqoy Dukeç bildirib.
O, iri şaquli barmaqlığın 4 Series modelinin imtiyazı olaraq qalacağını qeyd edib. "Şirkətdə qərara gəldik ki, şaquli "burun dəlikləri" 4 Series üçün əla həll yolu olacaqdır. Yaxşı dizaynı "gözəl" və ya "çirkin" kateqoriyaları ilə təsvir etmirlər, o, cəsarətli xarakteri əks etdirməlidir",- Dukeç bildirib.
Dizayner, təkliflərin həddən ziyadə çox olmasının istehlakçıları daha tələbkar etdiyini söyləyib. “Bu gün uğurlu olmaq üçün, fərqlənmək lazımdır. Müştərilərimizin ehtiyacları fərdi olduğundan, biz onların hər birinə ayrı məhsul təklif etmək istəyirik", - Dukeç əlavə edib.
Buna görə də, nəhəng şaquli "burun dəlikləri" yaxın gələcəkdə nə 3 Series, nə də yenilənən 5 Series modellərində tətbiq edilməyəcəkdir. BMW şirkətinin baş dizayneri "Hər hansı bir detalın müxtəlif avtomobillərdə təkrarlanmasını istəmirik, çünki hər bir model fərdi xarakterə malik olmalıdır, - Dukeç vəd verib. - Həqiqətən də, "burunlardan" fərqli şəkildə istifadə etmək xoşumuza gəlir".