Lancia Stratos sportkarının müasir təsfirinin debütü 2010-cu ildə baş tutub. Avtomobilin yenidən həyata qayıtmasında avtomobil komponentlərinin istehsalı ilə məşğul olan şirkətin sahibi Mixael Ştoşekin və Pininfarina atelyesinin xüsusi layihələr bölümünün başçısı Paolo Qarellanın böyük xidməti olub.
Doqquz il bundan öncə təqdim edilmiş konsept avtomobili Ferrari 430 Scuderia modelinin bazasında inşa edilmişdi. kütlə tərəfindən rəğbətlə qarşılanan sportkarın istehsalına mane olan isə Ferrari şirkəti olub: italyan istehsalçısı Stratos modelinin kiçik seriya ilə buraxılması üçün gərək olan şassi və güc aqreqatlarını verməkdən qətiyyətlə imtina edib.
Layihənin ikinci həyatına bir bundan öncə start verilib: Paolo Qarelli və onun yeni yaratdığı Manifattura Aitomobili Torino (MAT) şirkəti New Stratos adı ilə 25 ədəd avtomobilin buraxılacağını elan edib. O zaman avtomobili Cenevrədə keçirilən avtosalonda nümayiş etdirmişdilər. O zamandan layihə haqqında heç bir məlumat verilməyib. Bu heç də son deyil, çünki Qarella yenidən Cenevrə avtosalonunda iştirak etmək fikrindədir.
Bu il keçiriləcək 89-cu Cenevrə avtosalonunda Qarella Stratos modelinin ilk nüsxələrini nümayiş etdirəcəkdir. 001 nömrəli avtomobil Almaniyada yaşayan sifarişçiyə, növbəti avtomobil isə ABŞ-a yollanacaqdır. Qeyd etmək lazımdır ki, bu avtomobillər robotlaşdırılmış transmissiya ilə deyil, klasik mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəkdirlər.
New Stratos əvvəlki kimi Ferrari 430 Scuderia modelinin bazasında inşa ediləcəkdir. Ferrari razılıq verməsə də, Qarella vəziyyətdən çıxış yolu tapıb: sporkarın inşsı üçün sifarişçi donor avtomobilini təqdim etməlidir. Nəticədə Stratos 200 millimetr qısaldılmış təkər bazasına, 540 at qüvvəli V8 mühərrikinə və karbondan hazırlanmış orijinal kuzova malik olacaqdır. Ferrari 430 Scuderia modelinin mexaniki qutu ilə təklif edilməyib, yalnız Ferrari F430 modelinin üç pedallı versiyası olub. MAT şirkəti isə, mexaniki qutunu haradan əldə etdiyini açılqmayıb.
Bir bundan öncə Qarella Stratos modelinin GT trek versiyasının və Safari modifikasiyasının buraxılacağını da bildirmişdi. Adi kupe sifarişçiyə 500 min avroya başa gələcəkdir. Bu qiymətə donor avtomobilinin dəyəri daxil deyil. Şirkət hazırda yeni Stratosa sifarişləri qəbul etdiyini bildirib.