Acura şirkəti Nyu-York avtomobil sərgisində restaylinq edilmiş MDX krossoverini nümayiş etdirmişdir. Krossoverin, Acura NSX superkarında və RLX sedanında tətbiq edilmiş hibrid güc aqreqatının bənzəri olan aqreqatla təchiz edilmiş hibrid modifikasiyası da təqdim edilmişdir. Bundan əlavə, krossover yapon premium brendinin gələcək avtomobillərində tətbiq ediləcək dizayn elementlərini də nümayiş etdirmişdir. Bu elementlər - yeni formalı radiator barmaqlığı və modifikasiya edilmiş ön fənərlərdir.

Acura MDX Sport Hybrid modifikasiyası 3,0-litrlik benzin mühərriki və yeddi diapazonlu iki muftalı robotlaşdlrılmış sürətlər qutusunun əsasında yaradılmış hibrid güc aqreqatı ilə hərəkətə gəlir.

Bundan əlavə, avtomobil üç ədəd elektrik mühərriki ilə təchiz edilir ki, bunlardan da ikisi, döngələrdə idarəolunmanı yaxşılaşdırmaq üçün arxa oxda yerləşdirilmişdir. Üçüncü elektromotor isə sürətlər qutusuna birləşdirilmişdir.

Hibrid güc aqreqatının ümumi gücü 325 at qüvvəsi təşkil edir ki, bu da adi 3,5-litrlik V6 mühərriki ilə təchiz edilmiş krossoverdə olduğundan 35 at qüvvəsi çoxdur. Şəhər rejimində hibrid krossoverin yanacaq sərfiyyatı 9,4 litr təşkil edir.  Qarışıq rejimdə isə bu rəqəm 9,0 litrə bərabərdir.

Acura MDX Sport Hybrid krossoverinin təchizatına aktiv asqı sistemi və Sport+ rejimi əlavə edilmiş  idarəetmə elektronikası, adaptiv kruiz-kontrol, zolaqlara nəzarət və toqquşmaları önləyən sistemləri daxil edilmişdir. Bundan başqa, avtomobil həmçinin, avtomatik olaraq uzaq işıqları yaxına dəyişən adaptiv ön fənərlər əldə etmişdir.

Yenilənmiş krossoverin ABŞ-dakı satışlarına yayda başlanmalıdır. Hibrid modifikasiyasının nə zaman satışa çıxarılacağı elan edilməmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt