Hyundai şirkətinin premium subbrendi olan Genesis Nyu-York avtomobil sərgisində «dördqapılı idman üslübunda olan sedan» konseptini nümayiş etdirmək fikrindədir. Ehtimanl edilir ki, Genesis New York Concept avtomobili gələckdə G70 adını alacaq modelin carçısı olacaqdır. Arxadan çəkişli platformada istehsal ediləcək yeni avtomobil 2017-ci ildə işıq üzü görəcək və Audi A4, BMW 3-Series, Lexus İS və Mercedes-Benz C-Class modelləri ilə rəqabət aparacaqdır.

Keçən il Cənubi Koreya istehsalçısı gələcək Genesis G70 sedanının N Performance bölümü tərəfindən hazırlanacaq «bərkgedən» variantının olacağını bəyan etmişdi. Güman edilir ki, «qaynar» sedan Genesis G90 modelində debüt etmiş 3,3-litrlik iki turboüfürməli mühərrik ilə də təchiz ediləcəkdir. Flaqman modelində quraşdırılan bu mühərrik 370 at qüvvəsi gücə malikdir və səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır.

Dörd il müddətində premium subbrend altı avtomobildən ibarət model cərgəsinə malik olacaqdır. Genesis G90 və G70 modellərindən savayı, bu cərgəyə Hyundai Genesis sedanının xələfi olacaq G80 sedanı, iki krossover və bir kupe daxil olacaqdır.