Hyundai Motor Company şirkətinin premium subbrendi olan Genesis markası Nyu-York avtomobil sərgisində Genesis New York Concept konseptual sedanını təqdim etmişdir. Bu konseptin işıq üzü görəcək seriya variantı alman yə yapon istehsalı olan premium sedanlarla rəqabətə girişəcəkdir. Bu modellərrə misal olaraq, Audi A4, BMW 3-Series, Mercedes-Benz C-Class, İnfiniti G50 və Lexus İS avtomobillərini göstərmək olar. Keçirilmiş təqdimat mərasimində Cənubi Koreyalı itehsalçının nümayəndələri Genesis New York Concept sedanının gələcək Genesis avtomobillərinin dizaynı haqqında təssəvür yaratmaqla vəzifələndirdiyini bildirmişlər.

Bununla belə, yeni Genesis G70 və ya G80 sedanlarının bu formada olacaqlarını təsdiq edəcək heç bir məlumat təqdim edilməmişdir. Bir müddət əvvəl, Genesis brendinin bir neçə yeni model buraxacağı təsdiqlənmişdir.

Genesis New York Concept avtomobili gözəgəlimli, ifadəli və bir qədər futurustik dizayna malikdir. Avtomobilin interyeri isə, sözün əsl mənasında çox başdöndürücü alınmışdır. Dörd ədəd xüsusi formalı dəri oturacaq, böyük rəgəmsal cihazlar paneli, LG firmasının istehsalı olan 21 düymlük qövsvari  monitor və idman sükan çarxı, - bu gözəlliyi təcəssüm edir. İnteryerin tərtibatında tünd-qəhvəyi dəridən və zamşadan istifadə edilmiş, həmçinin, salon oyuq formalı naxışlarla bəzədilmişdir.

Konsept hibrid güc aqreqatı ilə hərəkətə gəlir ki, bu aqreqatın tərkibinə səkkizpilləli avtomatik sürətlər qutusu ilə birgə çalışan 2,0-litrlik GDi mühərriki və elektromotor daxil edilmişdir.  Elektromotorların sayı və gücü haqqında məlumat verilməsə də, onun ümumi gücünün 245 at qüvvəsi və fırlanma anının isə 353 Nm olduğu bildirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt