İnfiniti şirkəti bu günlərdə işinə başlayacaq Nyu-York avtomobil sərgisində QX70 krossoverinin ən dəbdəbəli və bahalı variantı olan İnfiniti QX70 Limited modelini nümayiş etdirəcəkdir. Yeni modifikasiya satışa yay aylarında çıxacaq və 60 min dollar qiymət ilə təklif olunacaqdır. Hal-hazırda İnfiniti QX70 modelinin ən bahalı modifikasiyası 47,3 min ABŞ dollarına satılır. Ən dəbdəbəli QX70 modeli radiator barmaqlığının forması ilə, poladdan hazırlanmış müdafiə qatı olan təkmilləşdirilmiş ön bamperlə, «tündləşdirilmiş» qabaq fənərləri və 21-düymlük təkər diskləri ilə seçiləcəkdir.

Avtomobilin salonunda da əhəmiyyətli dəyişikliklər olacaqdır. Buna misal olaraq, interyerin qara və qəhvəyi dəri ilə örtülməsini, xüsusi olaraq işlənmiş mərkəzi konsolu, alüminium örtüklü pedalları və baza təchizatına daxil olan havalandırmalı və isitməli oturacaqları göstərmək olar.

Texniki cəhətdən avtomobil dəyişikliklərə məruz qalmayacaqdır. ABŞ bazarında İnfiniti QX70 krossoveri 325 at qüvvəlii 3,7-litrlik altısilindirli mühərriklə və yeddi diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz edilir. Krossoveri həm arxa çəkişli, həm də tam ötürməli çəkiş sistemi ilə sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt