İnternet məkanında Jeep şirkətinin Grand Cherokee modelinin yolsuzluq üçün nəzərdə tutulmuş Trailhawk variantı haqqında məlumat dərc edilmişdir. Yolsuzluq avtomobilinin ilk kütləvi nümayişi bu günlərdə işinə başlayacaq Nyu-York avtomobil sərgisində keçirələckdir. Bu barədə məlumatı məşhur Carscoops internet saytı yaymışdır. Jeep Grand Cherokee Trailhawk adi modellərdən seçilən zahiri görkəmə malikdir. Misal olaraq, avtomobilin keçim qabiliyyətini artıran çıxarılan ön paneli də qeyd etmək olar.

Lakin, bu avtomobildə əsas məsələ onun zahiri görkəmi deyil, əsas məsələ tətbiq edilən yeniliklərdir. Grand Cherokee Trailhawk variantı gedişi artırılmış unikal pnevmatik asqı sistemi və elektronika tərəfindən idarə edilən yüksək sürtünməli arxa differensial ilə təchiz ediləcəkdir. Jeep Grand Cherokee Trailhawk modelinin klirensi prevmatik asqının ən yüksək rejimində 280 millimetr təşkil edir. 

Bundan başqa, avtomobil xüsusi 18-düymlük yolsuzluq diskləri ilə də təchiz ediləcəkdir. Avtomobilin interyerində tətbiq edilən materialların səviyyəsi daha yüksək olacaqdır. Bundan başqa, multimedia sisteminin ekranında asqının həmin ana olan hündürlüyü, təkərlərin vəziyyəti və idarəetmə elektronikasının seçilmiş rejimi göstəriləcəkdir.

Yeni modelin ilk fotoşəkilləri mart ayının 18 tarixində internetdə dərc edilmişdir. Avtomobil Trailhawk ailəsinin üçüncü nümayəndəsi olacaqdır. Hal-hazırda bu ailəyə Renegade və Cherokee modellərinin yolsuzluq üçün nəzərdə tutlmuş variantları daxildir.

2017-ci ildə Grand Cherokee modelinin «qaynar» variantı olan Trackhawk modeli işıq üzü görməlidir. Bərkgedən Grand Cherokee Hellicat adlanan və 717 at qüvvəsi olan 6,2-litrlik ötürməlli kompressorlu V8 mühərriki ilə hərəkətə gələcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt