Yenicə işinə başlamış Nyu-York avtomobil sərgisində Mazda şirkəti MX-5 rodsterinin yeni variantını - MX-5 RF (Retractable Fastback) avtomobilini nümayiş etdirmişdir. Adından da bəlli olduğu kimi, rodster qatlanan sərt tavanla təchiz edilmişdir. Bu günə qədər rodster ancaq yumşaq tavanla təklif edilirdi. Yapon mütəxəssisləri avtomobilin damının konstruksiyasını tamamilə yenidən işləyib-hazırlamışdırlar. Nəticədə, sərt dam ilə təchiz edilən rodster yumşaq tavanlı avtomobildən beş millimetr hündür alınmışdır.

Beləliklə, Mazda MX-5 RF avtomobilinin qabarit uzunluğu 3915 millimetr, eni - 1730 millimetr, hündürlüyü - 1240 millimetr, təkər bazasının ölçüsü isə 2315 millimetr təşkil edir. Göründüyü kimi, avtomobilin hündürlüyündən başqa digər ölçüləri dəyişilməz qalmışdır. Bununla belə, Mazda şirkətinin nümayəndələri damin açılıb-bağlanmasına nə qədər vaxt tələb olunduğunu bildirməmişdirlər. Damin qatlanması mexanizmi salonda yerləşən düymə vasitəsi ilə işə salınır və bu prosesi 10 km/saat həddinə kimi sürətlərdə yerinə yetirmək mümkündür.

Avtomobilin baqaj bölümünün həcmi göstərilməsə də, yapon istehsalçı onun əvvəlki səviyyədə qaldığını iddia edir. Bundan əvvəlki nəsil Mazda MX-5 rodsterinin sərt damı 34 kiloqram çəkiyə malik idi və eynən elektrik ötürməli mexanizmlə qatlanırdı.

Bundan başqa, yeni rodsterin rəng palitrasına Machine Grey çaları əlavə edilmişdir. Avtomobilin damı qara və ya avtomobilin öz rənginə boyana bilər.

Yeni rodsterin mühərrik qamması, yumşaq tavanlı rodster üçün təklif edilən  mühərrik çeşidindən fərqli deyildir. Rodster 141 at qüvvəli 1,5-litrlik və 182 at qüvvəli 2,0-litrlik mühərriklərlə təchiz edilir. Güc aqreqatları altı pilləli mexaniki və avtomatik sürətlər qutusu ilə birgə çalışa bilərlər.

Mazda MX-R RF modeli ilin sonuna kimi dilerlərin salonlarına çatdırılacaqdır. Onun qiyməti satışların başlanmasına yaxın elan olunacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt