Mercedes-Benz şirkəti sosial şəbəkələrdəki səhifələrində Nyu-York avtomobil sərgisində nümayiş etdirməyi planlaşdırdığı GLC Coupe modelinin seriya variantının ilk tizerini dərc etmişdir. Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərində keçirələcək avtosalon sabah 23 mart tarixində qapılarını ziyarətçilərin üzünə açacaqdır. Tizerdən göründüyü kimi, Mercedes-Benz orta ölçülü kupe-krossoverin «qaynar» variantı olan Mercedes-AMG GLC 43 4Matic Coupe modifikasiyasını da nümayiş etdirmək fikrindədir.

Çox güman ki, «qaynar» kupe-krossover Mercedes-AMG C43, E43 və GLC 43 modellərindən də tanış olan 3,0-litrlik iki turboüfürməli altısilindirli mühərrik və doqquz pilləli 9G-Tronic avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdir.

Xatırladaq ki, bir müddət bundan əvvəl alman şirkəti bənzər mühərriklə təchiz edilmiş Mercedes-AMG GLC43 4Matic modelini nümayiş etdirmişdilər. Bu avtomobilin mühərriki 367 at qüvvəsinə və 520 Nm fırlanma anına malikdir. Krossover 100 km/saat həddinə 4,9 saniyəyə çatır və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat səviyyəsində məhdudlaşdırılmışdır.

Ehtimal edilir ki, sonradan alman şirkəti ku-krossoverin «bərkgedən» variantı olan Mercedes-AMG GLC 63 4Matic Coupe modelini də təqdim edəcəkdir. Bu halda, avtomobili 510 at qüvvəli 4,0-litrlik iki turboüfürməli V8 mühərriki gözləyir.

Image alt