Mercedes-Benz şirkəti bu gün işinə başlamış Nyu-York avtomobil salonunda yeni GLC-Class Coupe kupe-krossoverini təqdim etmişdir. Yeni avtomobil Porsche Macan, BMW X4 və Jaguar F-Pace modellərinə rəqib olacaqdır. Mercedes-Benz GLC-Class Coupe modeli keçən il Pekin avtosalonunda nümayiş etdirilmiş GLC Coupe concept prototipinin seriya variantıdır. Yeni krossover Mercedes-Benz GLC krossoverinin bazaında hazırlanmış və özünəməxsus kupe formalı kuzova malikdir.
Ümumilikdə avtomobil Mercedes-Benz GLE-Class Coupe kupe-krossovernin kiçildilmiş variantını xatırladır. Mercedes-Benz GLC-Class Coupe krossoverinin qabarit uzunluğu 4730 millimetr, eni - 890 millimetr, hündürlüyü isə 1600 millimetr təşkil edir. Beləliklə, yeni kupe-krossover adi GLC modelinədn 74 millimter uzun və 39 millimetr alçaqdır. Avtomobilin təkərlərarası bazasının uzunluğu 2870 millimetrdir.
Alman şirkətinin nümayəndələri, krossoverin alçaq dam xəttinə baxmayaraq, geniş iç məkan təklif etdiyini iddia edirlər. Mercedes-Benz GLC krossoveri ilə müqayisədə yeni avtomobilin baqaj bölmünün həcminin 50 litr azalmışdır və 491 litr təşkil edir.
Arxa cərgənin qatlanması halında baqaj bölümünün həcmini 1205 litrə qədər artırmaq mümkündür.
Yeni krossover Dinamic Body Control idman asqısı, Eco, Comfort, Sport, Sport+ və İndividual rejimləri olan Drive Select sistemi ilə təchiz edilir. Əlavə ödəniş etməklə Air Body Control prevmatik asqısını da sifariş etmək olar. Alman şirkətindən, avtomobilin sürücüsünün «idarəolunmadan unudulmayacaq həzz» alacağını bildirmişdirlər.
ABŞ bazarında kupe-krossover iki modifikasiyada - Mercedes-Benz GLC 300 4Matic Coupe və Mercedes-AMG GLC 43 4Matic Coupe variantlarında təklif ediləcəkdir. Birinci halda krossover 241 at qüvvəli 2,0-litrlik dördsilindirli turbomühərriklə təchiz ediləcəkdir.
İkinici halda isə, krossover 367 at qüvvəli 3,0-litrlik altısilindirli turbomühərriklə hərəkətə gələcəkdir. Hər iki mühərrik 9G-Tronic avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdır. «Qaynar» GLC 43 Coupe krossoveri 100 km/saat sürətini 4,9 saniyəyə toplayacaqdır.
Avropa bazarında GLC Coupe modeli səkkiz müxtəlif variantda təklif ediləcəkdir.
Bunlar, dizel variantları olan GLC 220d Coupe (170 a.q.), GLC 250d 4Matic Coupe (204 a.q.) və benzin mühərrikləri ilə təchiz edilmiş GLC 250 4Matic Coupe (211 a.q.), GLC 350e 4Matic Coupe (320 a.q.), həmçinin «qaynar» variant olan Mercedes-AMG GLC 43 4Matic Coupe (367 a.q.) variantlardır.
Sonradan «bərkgedən» variant olan Mercedes-AMG GLC 63/63S 4Matic Coupe avtomobili də təqdim ediləcəkdir.
Bu avtomobil 476 və 510 qüvvəsi olan iki turboüfürməli V8 mühərriki ilə təchiz ediləcəkdir.