Nissan şirkəti kinci nəsl Titan XD avtomobilinin «kiçik qardaşı» olan Titan pikapını təqdim etmişdir. Yeni avtomobilin kütləvi nümayişi bu günlərdə işinə başlamış Nyu-York avtosalonunda keçirilmişdir. Nissan Titan Crew Cab pikap XD modifikasiyasından 37 millimetr qısadır və benzin mühərriki ilə hərəkətə gəlir. Nissan şirkətinin rəhbərilərdindən olan Riç Millerin sözlərinə görə, Titan modelinin Niaan Titan XD variantl ilə heç bir ümumi komponenti yoxdur. Bunun əsas səbəbinin yeni avtomobil üçün başqa platformanın istifadə edilməsindədir. Nissan Titan pikapının qabarit uzunluğu 5,8 metrə bərabərdir.
Avtomobilin eni (2047 millimetr), hündürlüyü (1999 millimetr) və kabinə ölçüləri isə, Nissan Titan XD modeli ilə eynidir. Yeni pikap üçün beş təchizat səviyyəsi, üç kabina növü və yük bölməsinin üç variantı - 1,6, 2 və 2,5 metrlik uzunluğu olan yük meydançası ilə təklif ediləcəkdir. Amerika bazarında satılacaq avtomobil həm arxadan çəkişli, həm də tam çəkişli sistemləri ilə təchiz ediləcəkdir.
Titan modeli gücü 390 at qüvvəsi, frlanma anı 543 Nm olan 5,6-litrlik səkkiz silindirli benzin mühərriki ilə hərəkətə gələcəkdir. Mühərrik yanacaöın birbaşa çilənməsinə, qazların bölüşdürülməsi fazasının və klapanların qalxma hündürlüyünün dəyişdirilməsi sisteminə, həmçinin yüksək sıxılma dərəcəsinə (11,2:1) malikdir. Benzin güc aqreqatı yeddi diapazonlu sürətlər qutusu ilə komplektləşdirilir.
Bir müddətdən sonra yapon istehsalçısı Nissan Titan modelini V6 mühərriki ilə də təchiz etməyi planlaşdırır. Avtomobilin Amerika Birləşmiş Ştatlarında satışlarına bu ilin yayında başlanmalıdır.