Nissan şirkəti işinə başlamış Nyu-York avtomobil sərgisində GT-R sportkarının yenilənmiş variantını təqdim emişdir. Bu, Nissan GT-R modelinin ilk buraxılışından bu günə qədər məruz qaldığı yeganə ciddi yenilənmədir. Bundan əlavə, sportkarın 3,8-litrlik V6 turbomühərrikinin gücü 550 at qüvvəsindən 570 at qüvvəsinə yüksəldilmişdir. Nissan GT-R tamamilə yeni ön hissə əldə etmişdir. Radiator barmaqlığının quruluşu dəyişdirilmiş, onun fırması isə V-şəkilli siluetə malik olmuşdur. Bundan əlavə, yeni formalı ön bamper quraşdırılmışdır. Qısalsılmış və enlənmiş gündüz işıqları yuxarı qaldırılaraq bamperdə olan hava girişlərində quraşdırılmışdırlar.
Bundan başqa, avtomobil gücləndirilmiş kapot, yeni yan kandarlar və arxa bamper ilə təchiz edilmişdir. Nissan GT-R kupesinin aerodinamik müqavimət əmsalı əvvəlki səviyyədə - Cx=0,26 qalmışdır. Nissan mühəndisləri kuzovun sərtliyini artırmış və asqı sistemini yenidən işləmişdirlər. GT-R yeni titandan hazırlanmış səsboğucu sistem və buraxılış sisteminin səsini dəyişməyə imkan verən Active Sound Enhancement (ASE) funksiyası ilə təchiz edilmişdir. Nissan mühəndislərinin bildirdiyinə görə, mühərrikin gücünün artırılmasına yeni alışdırma sisteminə və ürürmənin təzyiqinin yüksəldilməsi sayəsində nail olunmuşdur.
Güc aqreqatı əvvəl olduğu kimi altıdiapazonlu robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır ki, görülmüş işlər nəticəsində bu qutunun ötürmələri daha hamar və səssiz olmuşdur. Yapon istehsalçısı yenilənmiş kupeninin dinamik göstəriciləri barədə məlumat verməmişdir. Restaylinqdən öncəki GT-R 100 km/saat həddinə 2,8 saniyəyə sürətlənir və 320 km/saat maksimal sürətə malik idi.
İnteryerin quruluşunda dəyişiklik olmasada, multidedia sisteminin və klimat-kontrolun blokunun dizaynı yenilənmişdir. Kupe yeni cihazlar panelini, başqa formalı sükan çarxını, sürət qutusunun dəstəyini əldə etmiş, mərkəzi tuneldə isə multimedia sisteminin diyircək formalı kontrolleri quraşdırılmışdır.
Bundan əlavə, hava yollarının forması yerləşməsi dəyişdirilmişdir. İnteryerin optimallaşdırması nəticəsində düymələrin sayı 27-dən 11-ə endirilmişdir. Ötürmələrə cavabdeh olan sükanaltı ləçəklər sükan qolundan sükan çarxına köçürülmüşdülər. Artlq sürücü əlini sükandan ayırmadan ötürmələri edə bilər.