İşinə başlanmış Nyu-York avtomobil sərgisində Toyota şirkəti dördüncü nəsil Prius modelinin məişət şəbəkəsindən qidalana bilən «qənaətcil və yeyin olan» variantını təqdim etmişdir. Toyota Prius Prime adı almış hibrid avtomobili adi Prius modelindən ön və arxa fənərlərin tərtibatı, kuzovun təkmilləşdirilmiş aerodinamik forması və yünğülləşdirilmiş konstruksiyası ilə seçilir. Bundan başqa, hetçbek radiator barmaqlışının avtomatik qapaqlarını və karbon lifləri ilə möhkəmləndirilniş plastikdən hazırlanmış baqaj qapağını əldə etmişdir.

Yeni avtomobil 97 at qüvvəsi olan 1,8-litrlik benzin mühərriki, 73 at qüvvəli elektromühərrik və 8,8 kilovat-saat tutumu olan litium-ion batareyaları ilə təchiz edilmişdir. Avtomobilin yalnız elektrik mühərrikindən istifadıə etməklə qət etdiyi yürüş məsafəsi 35 kilometrə qədər artırılmışdır.

Bu göstərici əvvəlki nəsl şəbəkədən qidalanan hibrid avtomobilində olduğundan iki dəfə artıqdır. Avtomobilin elektrik rejimindəki maksimal sürəti 135 kilometr saatdır.

Tam doldurulmuş batareyalar və yanacaq çəni ilə Prius Prime modeli 960 kilometr məsafə qət etmək iqtiradındadır.

Qarışıq rejimdə avtomobil 100 kilometrə 1,4 litr yanacaq sərf edir. Batareyaların 240 voltluq elektrik şəbəkəsindən tam qidalanmasına beş saat vaxt tələb olunur.

Hibridin təchizatına 11,6 düymlük sensorlu ekranı, naviqatoru və Siri Eyes Free səslə idarəetmə funksiyası olan multimedia kompleksi, rəngli proyeksiya displeyi və smartfonların naqılsız qidalanma sistemi daxil edilmişdir. Bundan əlavə, elektrik ötürməsi ilə hərəkət zamanı salonu soyutmağa və ya isitməyə şərait yaradan elektrokompressor və istilik nasosu ilə təchiz edilmiş klimat-kontrol da avtomobilin avadanlıq siyasına əlavə edilmişdir.

Toyota Prius Prime modelinin satışlarına bu ilin payızında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt