Subaru şirkəti, bu gün qapılarını ziyarətçilərin üzünə açmiş Nyu-York avtosalonunda beşinci nəsil İmpreza ailəsinin iki üzvünü - sedan və hetçbek kuzovlu modellərinin kütləvi nümayişini həyata keçirmişdir. Təsvirlərdən də göründüyü kimi, konseprt avtomobili koveyer həyatına bir sıra maraqlı dizayn elemetlərini itirməklə başlamışdir. Buna misal olaraq Hawk Eye («Şahin gözü») fənərlərini göstərmək olar. Beləliklə, avtomobilin dizaynının hazırlanmasında inqilabi dəyişikliklər yolu deyil, təkamül prosesi seçilmişdir.

Yeni Subaru İmpreza sedanı yapon markasının, bir müddət bundan əvvəl təqdim edilmiş SGP (Subaru Global Platform) modul platformasında istehsal ediləcək ilk seriya modeli olacaqdır. Sonradan bu şassi, 320 at qüvvəli hibrid güc aqreqatı ilə hərəkətə gələcək WRX STi daxil olmaqla bütün Subaru avtomobillərinin əsasını təşkil edəcəkdir.

Beşinci nəsil Subaru İmpreza avtomobilinin təkər bazası 25 millimetr, qabarit uzunluğu - 41 millimetr, eni isə 38 millimetr artmış, avtomobilin hündürlüyü isə 10 millimetr azalmışdır. Subaru İmpreza modelləri 152 at qüvvəli yeni 2,0-litrlik dördsilindirli  oppozit mühərriki, Lineartronic variatoru və tam çəkiş sistemi ilə təchiz edilir.

Mühərrik, az yüklənmə zamanı silindirlərin bir hissəsinin söndürülməsi funksiyasına malikdir.

Yeni Subaru İmpreza modelləri üçün Sport modifikasiyası da təklif ediləcəkdir ki, bu qəbildən olan avtomobillər idman xarakterli asqı və Active Torque Vectoring sistemi ilə təchiz ediləcəkdir.

Avtomobilin təchizatına  səs ilə idarə edilə bilən, Apple CarPlay və Android Auto interfeyslərini dəstəkləyən, 8,5 düymlük sensor ekranı olan multimedia sistemi və tərkibində toqquşmaların qarşısını alan, zolaqlara nəzarəti həyata keçirən, aktiv kruiz-kontrol olan EyeSight təhlükəsizlik sistemləri dəsti daxil edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt