Hər kəs Cenevrədə nümayiş etdirilən Mercedes-AMG GT Concept konseptual fastbəkini yaxşı xatırlayır. Bu konseptin seriya variantının yaxın zamanlarda işıq üzü görəcəyi artıq təsdiqini tapmışdır.
Bildiyimiz kimi, bu avtomobilin əsas hədəfi Porsche şirkətinin populyar modellərindən biri olan Panamera fastbəkidir. Əsasən də E-Hybrid modifikasiyası. Lakin, unutmaq lazım deyildir ki, Panamera ailəsi iki üzvdən ibarətdir ki, bunlardan ən sonuncu təqdim olunanı Panamera Sport Turismo modelidir. Heç şübhəsiz ki, Panamera modeli ilə rəqabətə girişirsənsə, ən azından rəqibinin təklif etdiyini alıcılara təqdim etməyə borclusan.
Rusiyalı dizayner Nikita Aksenov da belə düşünən insanlardandır. O, Porsche Panamera Sport Turizmo modelinə rəqib olacaq Mercedes-AMG GT universalının dizaynını hazırlayaraq, bu məsəsəyə olan münasibətini bildirmişdir. Qeyd etmək lazımdır ki, Nikita əsas olaraq Cenevrədə göstərilmiş konsepti götürsə də, ümumi dizaynla harmoniya təşkil edən universal kuzovunu yaratmağa müvəffəq olmuşdur.
Xatırlatmaq istərdik ki, Porsche Panamera Turbo S E-Hybrid modeli 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və elektromotor ilə təchiz edilir ki, bu tandem də 680 at qüvvəsi və 850 Nm fırlanma anı təklif edir. Mercedes-AMG GT Concept isə, 805 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz edilmişdir. Hibrid gwc qurğusunun tərkibinə 4,0-litrlik iki turbokompressorlu s'kkiz silindrli mühərrik, arxa oxda yerləşdirilmiş elektromotor və “yüksək tutumlu və yüngül” batareyalar dəsti daxildir.