Elektrik yedək avtomobillərinin istehsalçısı olan Nikola Motors şirkəti hibrid güc qurğusuna malik olan Badger («Porsuq») pikapını təqdim edib. Hibrid qurğunun qidalanma mənbəyi həm güc batareyası, həm də hidrogen yanacaq elementləridir. Yeni model dörd müstəqil mühərriklə təchiz edilir və dolu balonlar ilə 966 kilometr məsafə qət edir.

Eskizlərdə nümayiş etdirilmiş Nikola Badger modelinin debütünün sentyabr ayında Nikola World 2020 tədbirində təqdim ediləcəyi bildirilir. Pikap dörd müstəqil elektrik mühərrikindən, 160 kilovatlıq litium-ion dartma batareyasından, 120 kilovat gücündə yanacaq elementlərindən və səkkiz kiloqramlıq hidrogen doldurulmuş balondan ibarət olan hibrid elektrik güc qurğusuna malikdir. Üstəlik, sistem həm qarışıq, həm də sırf elektrik rejimində işləyir.

Güc qurğusunun ən yüksək gücü 919 at qüvvəsi, daimi gücü isə 461 at qüvvəsi və 1389 Nm təşkil edir. Nikola Badger 60 mil/saat (97 km/saat) həddini 2,9 saniyəyə toplayır. Pikap sırf elektrik ötürməsi ilə 483, yanacaq elementlərinin aoşulması halında 966 km qət edə bilər. Güc elektronikası Badger modelinə əhəmiyyətli dərəcədə güc itkisinə məruz qalmadan bir neçə dəfə 161 km/saat həddinə qədər sürətlənməyə imkan verir.

5900 mm uzunluğa malik olan pikap beş sərnişin üçün nəzərdə tutulub. İstehsalçı güc qurğusunun -20 dərəcə Selsi temperuturana qədər effektiv şəkildə işlədiyini bildirilir. Yük olmadan Nikola Badger 50 faizlik yamaclara qalxır. Çəkisi 3,6 tondan çox qoşqu yedəyıə alındıqda bu rəqəm 30 faizə qədər azalır. Bundan əlavə, pikap elektrik alətlərini, kompressorları və xarici işıqlandırmanı qoşmaq üçün 15 kilovatt gücünə malik olan birləşmə nöqtəsi ilə təchiz edilmişdir. Badger generator kimi 12 saata qədər işləməyə qadirdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nikola Badger modelinin əsas rəqibinin Tesla Cybertruck olacağı ehtimal edilir. «Kibertrak» yükə adaptasiya olan pnevoasqı, arxa və ya tam ötürmə, bir və ya üç elektrik mühərriki ilə təklif ediləcəkdir. Fərqli tutuma malik olan batareyalar Cybertrack modelinə batareyaları doldurmadan 402-805 km məsafə qət etməyə imkan verəcəkdir. Adi SUV-lərdən fərqli olaraq, pikapın güc strukturu və kuzov panelləri paslanmayan poladdan, şüşəsi isə polimer kompozitdən hazırlanır.