Avtomobil dünyasında gələcəyi yaratmaq həmişə keçmişdən imtina etmək anlamına gəlmir. Əksinə, bəzi layihələrə baxanda bir sual yaranır: əslində avtomobildən nə gözləyirik?

Müasir tendensiyaların tüğyan etdiyi avtomobil dünyasında NILU fərqli yol seçib. Yeni hiperkar təsirli dinamik göstəricilərdən daha çox, sürücü ilə avtomobil arasındakı qarşılıqlı əlaqəni yenidən ön plana çıxarmağa çalışır.

Saşa Selipanov öz əsəri ilə

NILU sadəcə yeni model deyil. O, avtomobilin mexaniki hisslərini, mühərrikin səsini və idarəetmə zövqünü qorumaq istəyən yeni bir markanın ilk bəyanatıdır.

Bu layihənin arxasında isə avtomobil dizaynı dünyasının tanınmış simalarından biri — Saşa Selipanov dayanır. Bugatti Chiron, Koenigsegg CC850 və Lamborghini Huracán kimi mühüm layihələrdə iştirak etmiş dizayner NILU ilə artıq öz fəlsəfəsini nümayiş etdirir.

NILU-nun ən diqqətçəkən xüsusiyyəti onun texniki hissəyə yanaşmasıdır. Müasir hiperkarların əksəriyyətinin daha mürəkkəb hibrid sistemlərə, elektrik dəstəyi və qabaqcıl idarəetmə elektronikasına üstünlük verdiyi halda, NILU klassik reseptə qayıdır.

Layihənin əsasında 6,5 litrlik atmosfer V12 mühərriki dayanır. Cosworth tərəfindən hazırlanmış bu aqreqat 11 000 dövr/dəqiqəyə qədər fırlanır və 1000 at qüvvəsindən artıq güc hasil edir. Amma burada əsas məsələ yalnız güc deyil. Bu mühərrikin səsi, yüksək dövrlərə qalxma qabiliyyəti və sürücünün hərəkətlərinə reaksiyası NILU-nun əsas xarakterini formalaşdırır.

NILU-nun digər mühüm xüsusiyyəti isə onun sadəliyə verdiyi dəyərdir. Avtomobil böyük ekranların və çoxsaylı elektron köməkçilərin üstünlük təşkil etdiyi bir zamanda sürücünü ön plana çıxarmaq istəyir.

Burada məqsəd texnologiyanı nümayiş etdirmək deyil. Məqsəd texnologiyanın sürücünün təcrübəsinə xidmət etməsidir. 7 pilləli mexaniki ötürmələr qutusu, arxa ötürmə və elektronikanın minimal müdaxiləsi bu hiperkarı müasir rəqiblərindən fərqləndirən əsas cəhətlərdir.

NILU-nun dizaynında da eyni fəlsəfə hiss olunur. Onun kəskin xətləri və açıq mexaniki elementləri sadəcə estetik seçim deyil. Dizayn avtomobilin necə işlədiyini göstərmək, onu gizlətməmək ideyasına əsaslanır.

Bu yanaşma son illərdə nadir hallarda qarşılaşdığımız bir xüsusiyyəti xatırladır: avtomobilin texniki mahiyyətini emosiyaya çevirmək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

NILU yalnız yeni hiperkar markasının ilk modeli deyil. O, müasir avtomobil sənayesində fərqli bir sualın cavabıdır: sürət və texnologiya artdıqca, avtomobilin insanla yaratdığı emosional bağ itirmi?

Elektrikli gələcəyin qaçılmaz olduğu bir çağda NILU keçmişə qayıtmaq istəmir. Onun məqsədi keçmişdən gələcəyə daşınmağa layiq olan dəyərləri qorumaqdır. Çünki bəzi avtomobillər sadəcə daha sürətli olmaq üçün yaradılır. Bəziləri isə bizə niyə avtomobilləri sevdiyimizi xatırlatmaq üçün.

 © 2000–2026 Autograph.az. Bütünhüquqlarqorunur. Materiallarınköçürülməsivə yahərhansı formadaistifadəsiyalnızAutograph.az-aaktivkeçidgöstərilməklə mümkündür.