Nio markası yalnız dörd il əvvəl elektrik avtomobillərinin istehsalına başlayıb və artıq uğur da qazanıb. Keçən il Çin bazarında 91 min avtomobil satılıb (2020-ci illə müqayisədə iki dəfədən çox), yayda isə, Avropaya tədarüklər başlayıb.

Qeyd etmək gərəkdir ki, keçən il burada cəmi 600-ə yaxın elektromobil satılıb. Çin markasının model çeşidi getdikcə genişlənir: mart ayında Nio ET7 flaqman sedanı bazara çıxıb, onun kiçik qardaşı Nio ET5 isə artıq yoldadır. İndi isə, daha bir yeni model - Nio ES7 krossoveri debüt edib.

Bu, artıq Nio markasının model xəttindəki dördüncü (ES8, ES6 və EC6) krossoverdir, eyni zamanda, ikinci nəsil NT2 platformasında yaradılmış birinci avtomobildir. İndiyə qədər bu platforma yalnız sedanların əsasını təşkil edirdi.

Bununla belə, texniki cəhətdən yeni platforma əvvəlkindən o qədər də fərqlənmir - iki platforma arasındakı əsas fərq elektronikadadır. Nio ET7 adaptiv amortizatorları olan pnevmatik asqıya malikdir: öndə ikiqollu, arxada isə çoxqollu asqı var.

Ölçüsünə görə, yeni Nio ES7 modeli BMW iX krossoverinin sinif yoldaşıdır: onun uzunluğu 4912 millimetr, eni - 1987 millimetr, hündürlüyü isə, 1720 millimetrdir. Təkər bazası ölçüsü 2960 millimetrdir.

Krossoverin kuzovu yüksək möhkəmlikli poladdan və alüminiumdan hazırlanıb, bütün qapılar servoötürücüyə malikdirlər, təkər diskləri isə, maksimum 21-düymlük ola bilərlər. Damda lidar (dalğa uzunluğu - 1550 nanometr) və NAD (Nio Autonomous Driving) avtopilotunun işləməsi üçün zəruri olan kameralar quraşdırılıb.

Məlumatların emalı üçün ümumi məhsuldarlığı 1016 stə (saniyədə trilyon əməliyyat) olan dörd Nvidia Orin X prosessoru ilə təchiz edilmiş Adam kompüteri quraşdırılıb.

NAD avtopilotunun üçüncü muxtariyyət səviyyəsinə cavab verəcəyi bildirilib, lakin onun sertifikatlaşdırmasına hələlik başlanılmaayıb. Bütün avtomobillərdə lazımi avadanlıq quraşdırılıb və proqram təminatının yenilənməsindən sonra, onlar tam şəkildə işləyə biləcəklər.

Nio ES7 beş yerlik salona və yalnız bir təchizat səviyyəsinə malikdir. Təchizata panoram dam, qızdırılan və havalandırılan ön oturacaqlar, 1000 vatlıq  səs sistemi (23 dinamikli), nappa dərisində üzlüklər və ağac şponundan dekor daxildir.

Sürücünün qarşısında cihazlar panelinin 10,2-düymlük displeyi, mediasistemin 12,8-düymlük AMOLED ekranı var. Bundan əlavə, ön panelin üstündə səsli köməkçini təcəssüm etdirən animasiyalı “pokemon” quraşdırılıb.

Krossover texniki cəhətdənNio ET7 sedanı ilə unifikasiya edilmiş yeganə tam ötürməli və ikimühərrikli versiyada təqdim olunur. Ön oxda 245, arxa oxda isə 408 at qüvvəli elektrik mühərriki quraşdırılıb və onlar ümumilikdə 653 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edirlər.

Nia ES7 modelinin 100 km/saat həddini 3,9 saniyəyə topladığı, onun maksimal sürətinin isə 200 km/saat ilə məhdudlaşdırıldığı bildirilib.

Seçmək üçün iki batareya var. 75 kilovat-saatlıq baza batareyası Çinin CLTC dövrünə əsasən 485 kilometr məsafə qət etməyə imkan verir, 100 kilovat-saatlıq variant isə, yürüş ehtiyatını 620 kilometrə qədər artırır.

Sedanlarda olduğu kimi, 150 kilovat-saatlıq batareyanın quraşdırılacağı da açıqlanıb. Bu halda, dolu batareya ilə yürüş məsafəsi 850 kilometrə çatır, lakin belə Nio avtomobilləri daha sonra istehsala gedəcəklər.

Nio ES7 krossoverinin maraqlı xüsusiyyəti Çin GB/T standartına uyğun olan yeganə daimi cərəyanlı yükləmə konnektorudur. Dəyişkən cərəyanlı terminallara və ya 220 voltluq məişət elektrik şəbəkəsinə qoşulmaq mümkün deyil.

Digər tərəfdən, 3 kilovata qədər gücü olan xarici enerji istehlakçılarını adapter vasitəsilə elektromobilə qoşmaq olar. Nio ES7 krossoveri iki tona qədər çəkisi olan qoşqunu yedəyə ala bilər: farkop opsiyalar siyahısına daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni elektrik krossoverinin satışlarının başlanılması avqust ayına planlaşdırılır, yəni Nio ES7 krossoveri bazara satışları payızda başlanacaq ET5 sedanından bir qədər tez çıxacaqdır. Standart batareyalı versiyanın qiyməti 70 min dollar, 100 kilovatlıq batareyalı versiyanın qiyməti isə, 78 min dollar olacaqdır.

Amma batareyasız krossoveri də almaq olar - bu halda onun qiyməti 59 min dollar olacaqdır. Batareyanı isə, abunə yolu ilə icarəyə götürülmək gərəkdir: aylıq ödəniş tutumundan asılı olaraq 150 və ya 250 dollar arasında olacaqdır. Üstəlik, istismar zamanı tarif planı ilə birlikdə batareyanı da dəyişmək olar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.