Next EV şirkətinin elektromobillər istehsal edən Nio markası 1360 at qüvvəli EP9 elektrik hiperkarının Nürburqrinqin «Şimal ilgəyində» vurduğu rekord yürüşü qeydə alınmış videoçarxı yaymışdır. İlk dəfə bu rekord barədə keçən ilin noyabrında bəyanat verilsə də, bu rekordu təsdiq edən video yayımlanmamışdır.
Hiperkar treki 7 dəqiqə 5,12 saniyəyə qət etmişdir ki, bu da ona «Şimal ilgəyinin» ən sürətli elektrokarı titulunu gətirmişdir. Əvvəllər bu rekord Toyota tərəfindən hazırlanmış EV P002 yarış prototipinə məxsus idi. Toyota EV P002 dövrəni 7 dəqiqə 22,329 saniyəyə başa vurmuşdur.
Seiya avtomobilləri arasında rekord 640 at qüvvəli Lamborghini Huracan Performante superkarına məxsusdur - 6 dəqiqə 52,01 saniyə. Əvvəllər bu rekord Porsche 918 Spyder (6 dəqiqə 57 saniyə) məxsus olmuşdur. Ümumilikdə ən yaxşı vaxt Radical SR8LM yarış bolidinə məxsusudur - 6 dəqiqə 48 saniyə. Qeyd etmək lazımdır ki, EP9 hiperkarının hazırlanmasında NextEV şirkətinin Formula E çempionatındakı komandasının mütəxəssisləri də iştirak etmişdirlər.
Hiperkarın ümumi yollarda istifadəsi nəzərdə tutulsa da, Nio EP9 modeli FİA LMP1 kateqoruyası üçün təyin edilmiş təhlükəsizlik standartlarına cavab verir. Bildiyimiz kimi, LMP1 kateqoriyasında «Le-Manın 24 saatı» marafonunun ən yüksək səviyyəli prototipləri çıxış edir.