Nissan şirkəti ABŞ, Avropa və Asiyada 1,4 milyon avtomobili qüsurlara görə geri çağırır. Yapon markasının müxtəlif nasazlıqları olan bir neçə modeli servis mərkəzlərinə göndəriləcək. Xüsusi qüsurlar haqqında daha ətraflı məlumat daha sonra verilməlidir.
Geri çağırılan modellərin siyahısına Amerika, Avropa və Asiya bazarları üçün buraxılmış Note, Kicks, Serena modelləri və Leaf elektrokarı daxil edilib. Mümkün qüsurlar arasında söndürülmüş kruiz-kontrola baxmayaraq qəfil sürətlənmə, fənərlərin sönməsi və qısaqapanma səbəbindən mühərrikin dayanması var.
Nissan nümayəndələri istehsal illəri və avtomobillərin sayı haqqında daha ətraflı məlumatı ölkələrdə geri çağırma kampaniyaları elan edildikdən sonra verə biləcəklər. Hazırda yuxarıda sadalanan nöqsanlarla bağlı heç bir qəza hadisəsi qeydə alınmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.