Nissan şirkəti 370Z sportkupesini yüngül şəkildə yeniləyib. Avtomobil həm zahirini, həm texniki, həm də avadanlıq cəhətdən yenilənməyə məruz qalıb.
Yenilənmiş avtomobil əvvəlkindən tündləşdirilmiş işıq texnikasina, qara rəngli qapı dəstəklərinə, təkmilləşdirilmiş arxa bamperə və yeni dizaynlı 19-düymlük təkər disklərinə görə seçmək mümkündür. Modelin rəng çeşidinə qırmızı metallik rəngi də əlavə edilib. Əlavə ödənişlə sportkupe üçün yeddi düymlük ekranı, naviqasiyası, DVD-pleyeri və arxa görüntü kamerası olan NissanConnect multimedia sistemini sifariş etmək olar. Altı silindrli 3,7-litrlik mühərrik dəyişilməz qalıb. 328 at qüvvəsi hasil edən aqreqat yeddi pilləli avtomatik və ya altı pilləli mexaniki ötürmələr qutuları ilə birlikdə çalışa bilər. Sonuncu Exedy firmasının gücləndirilmiş muftasına sahib olub. Bu mufta ötürmələrin həyata keçirilməsini daha asan və rahat edir, həmçinin aşağı pilləyə keçən zamanı təkrar akselerasiyanı sadələşdirir.
Əvvəllər Nissan 370Z modelinin yenilənmiş variantını xüsusi Heritage modifikasiyasında nümayiş etdirilmişdi. Bu modifikasiya Z-ailəsinin 50 illik yubileyinə həsr edilmişdir. İndi isə sadə variantın şəkilləri dərc edilib.