Nissan şirkəti Monrealda keçirilən avtosalonda Altima sedanının tırtıllı variantını nümayiş etdirib. Prototip Nissan Altima modelinin tam çəkişli modifikasiyasının Kanada bazarında təbliğ edilməsi məqsədi ilə hazırlanıb.
Nissan Altima-te AWD modelinin inşa edilməsinə 250 saat tələb olunub. Ən maraqlısı odur ki, bu vaxtın əksər hissəsi yeni kuzov dəstinin hazırlanmasına sərf edilib. Sedan kuzovun enini 306 millimetr artıran şişirdilmiş təkər tağlarına sahib olub. Hər bir tırtılın uzunluğu 1220 millimetr, eni – 380 millimetr, hündürlüyü isə 750 millimetr təşkil edir.
Nissan Altima sedanı təkmilləşdirilmiş asqıya sahib olub. Tertılların quraşdırılması üçün asqının hündürlüyünü 80 millimetrə qədər artırıblar.