Nissan şirkəti konsept avtomobillərinin seriya modellərinə təsirinə barədə olduqca mücərrəd bir press-reliz yayımlayıb. Buna əyani sübut olaraq, mətbuat xidməti Nissan Ariya elektrik krossoverinin seriya versiyasının tizerini eyni adlı konseptin şəkli ilə müqayisə edib.
Əvvəlcə, Ariya modelinin Nissan Leaf hetçbekinin bazasında inşa edilmiş krossover olacağı ehtimal edilirdi. İndi isə, yeni elektromobilin ciddi dərəcədə fərqli avtomobil olacağı bildirilir. Beləliklə, Nissan Ariya modeli müstəqil arxa asqıya, tam ötürməyə və iki elektrik mühərrikinə sahib olacaq, batareya isə, mərkəzi tuneldə və arxa oturacaqın altında deyil, avtomobilin döşəməsində yerləşəcəkdir.
Bu günə qədər Nissan Ariya barədə vermiş yeganə texniki məlumat, onun 482 kilometrlik yürüş ehtiyatına malik olmasıdır. Rəsmi olaraq, Ariya elektrik krossoverinin seriya variantı 2020-ci ilin iyul ayında təqdim edilməlidir.