Nissan şirkəti Avropa kosmik agentliyinin (ESA) mütəxəssisləri ilə birlikdə Navara pikapını mobil rəsədxanaya çeviriblər. Navara Dark Sky adlanan prototip peşəkar teleskop ilə təchiz edilibdir. Mobil rəsədxananın kütləvi təqdimatı Hannoverdə keçirilən kommersiya nəqliyyatı sərgisində baş tutubdur.
Nissan Navara Dark Sky prototipi ulduzlu səmanın dəqiq xəritəsinin tərtib edilməsi layihəsinin bir hissəsidir. Bu məqsədlər üçün ESA Gaia astrometrik peykini istifadə edir. Artıq bu peyk, Yer kürəsinə yaxın olan milyarda yaxın ulduz haqqında ilk məlumatlar toplusunu agentliyə ötürübdür. Nissan şirkəti astronomların pikapdan istifadə edərək, ideal-qaranlıq səmanın (Excellent Dark Sky) olduğu yerlərə (işıq çirkliliyi səviyyəsinin ən az olduğu və səma obyektlərinin yüksək parlaqlığı ilə seçilən) gedəcəyindən əmindirlər.
PlaneWave teleskopunun quraşdırıldığı yedək mexaniki ötürməsi olan xüsusi müdafiə qapağına malikdir. Optikanın kalibrləməsinin pozulmaması üçün yedəyin içindəki hava daima soyudulur. Teleskop Saturnun halqalarının arxasına baxaraq uzaq qalaktika və dumanlıqları müşahidə etməyə imkan verir.
Nissan Navara Dark Sky 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,3-litrlik dizel mühərriki ilə hərəkətə gəlir. Pikap portativ akkumulyatorlar bloku, Wi-Fi giriş nöqtəsi, noutbuk üçün dok-stansiya və UQD ötürücüsü ilə təchiz edilib. Treyleri düzgün yerləşdirmək üçün Nissan Intelligent Mobility kompleksinin tərkibinə daxil olan kamera və sensorlar sistemi, dairəvi görüntü və yedəyin avtomatik tarazlaşdırılması sistemi yardım edir.