Bu gün Nissan şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş X-Trail modelinin yenilənmiş variantını təqdim etmişdir. Yenilənmiş krossoverin satışların avqust ayında start verilməlidir.
Qeyd etmək lazımdır ki, bənzər dizayna malik olan Nissan Rogue modeli artıq ABŞ bazarında keçən ilin sentyabrından satılır. Bundan savayı bir müddət bundan əvvəl krossoverin Çin bazarı üçün nəzərdə tutlmuş variantı da təqdim edilmişdi. Yenilənmiş X-Trail krossoveri sələfindən əsasən ön hissəsinin dizaynı ilə seçilir. Krossover işıqdiodlarından gündüz hərəkət işıqları olan fənərlərin yeni formasına, dəyişdirilmiş bamperlərə və radiator barmaqlığına sahib olmuşdur. Yenilənmiş X-Trail xrlomla işlənmiş elementlərə də sahib olmuşdur.
Avtomobilin salonunda baş vermiş ən nəzərə çarpan dəyişiklik Nissan GT-R superkarının üslubunda olan üçqollu sükan çarxıdır.
Avtomobil texniki cəhətdən dəyişikliklərə məruz qalmamışdır. Bununla belə, yenilənmiş krossover yarımavtonom idarə etmə sistemi olan ProPilot sisteminə sahib olmuşdur. Bu sistem sürətli şosselərdə və şəhərdəki tıxaclarda avtomobilin idarəetməsini öz üzərinə götürə bilər. Avropa bazarında Nissan X-Trail öndən və tam çəkiş sistemi, yeddi yerlik modifikasiyada, həmçinin 130 və 177 at qüvvəli dizel mühərriklə ilə təklif edilir. Bundan başqa, krossover 144 at qüvvəli benzin mühərriki ilə də təchiz ediləcəkdir.
Bizim bazarda X-Trail 170 at qüvvəli 2,5-litrlik mühərriklə təklif edilir.