Nissan adi boya ilə eyni xarakteristikalara malik olan, lakin isti yay günlərində avtomobili sərin saxlaya bilən yeni boya hazırlayıb. Mina passiv radiasiya soyutması (radiative cooling) üzrə ixtisaslaşmış Radi-Cool firması ilə birgə yaradılıb. Texnologiyanın mahiyyəti metamaterialdan istifadədir – bu, işığa reaksiya verən xüsusi mikrostrukturu olan iki hissəcikdən ibarət xüsusi kompozitdir.

Birinci hissəcik yaxın diapazonlu infraqırmızı şüaları geri qaytarır. Onlar boyadakı qatranın molekulyar titrəmələrinə və nəticədə istiliyin ayrılmasına səbəb olur. İkinci hissəcik isə, günəş şüalarına aktiv şəkildə müqavimət göstərən və enerjini yenidən atmosferə yönləndirən elektromaqnit dalğaları yaradır. Soyuducu mina səthin temperaturunu 12 dərəcə azaldır. Salondakı temperatur beş dərəcə aşağı olacaq - hətta təkcə bu hal kondisioner sisteminə və güc qurğusuna düşən yükü azaldacaq.

 Bina və tikililər üçün artıq radiasiya soyutması effekti olan boyalardan istifadə olunur. Onların şəffaf qoruyucu təbəqəsi yoxdur və toxunduqda təbaşir izi buraxırlar. Avtomobil versiyası daxili keyfiyyət standartları nəzərə alınmaqla yaradılmalı və çiləyicilər üçün uyğunlaşdırılmalı idi. 2021-ci ildən bəri  Nissan şirkətinin Qabaqcıl Materiallar və Emal Texnologiyaları Laboratoriyasında yüzdən çox nümunə sınaqdan keçirilib və alimlər yalnız indi adi avtomobil boyasından təxminən altı dəfə qalın olan 120 mikron təbəqə qalınlığına nail olublar.

Mina reagentlərə, qopuq, soyulmaya, cızılmalara davamlıdır və əlavə olaraq rəngin sabitliyini və lazımi təmirə yararlıq səviyyəsini nümayiş etdirir. Texnologiya inkişaf etdikcə, eyni soyutma səmərəliliyinə malik olan daha nazik təbəqəli örtüklərin yaradılması mümkündür. Nissan zamanını daha çox hərəkətdə keçirən yüngül kommersiya və xüsusi xidmət avtomobilləri seqmentində belə boyadan istifadə üçün böyük potensial görür.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.