Nissan şirkəti Rio-de-Janeyroda keçiriləcək Olimpiadada qızıl medal qazanmış britaniyalı idmançılara qızıl örtüklə üzlənmiş Leaf elektrokarlarını hədiyyə edəcəkdir. İlk belə avtomobili, markanın Britaniyadakı səfiri, veloyarışlar üzrə 11 qat dünya çempionu və altı qat olimpia çempionu Kris Hoy velosiped mərkəzində təqdim etmişdir.

Qızıl avtomobilləri Nissan şirkətinin Britaniya ofisinin sponsorluq etdiyi idmançılar ala biləcəkdirlər. Hal-hazırda istehsalçı altı nəfər paraolimpiyaçı daxil olmaqla on altı atleti dəstəkləyir. Avtomobilin kapotuna, qapılarına və arxa bamperinə “Rio 2016 Gold Medalist” (“Rionun qızıl medalçıları”) sözləri həkk edilmişdir. Xatırladaq ki, keçən il Nissan şirkəti yenilənmiş Leaf modelini təqdim etmişdi. Yenilənmiş elektromobilin yürüş məsafəsi 200 kilometrdən 250-yə qədər artırılmışdır. Hetçbek 30 kilovatt/saatlıq batareyaları əldə etmişdir. Texniki cəhətdən avtomobil dəyişilməz qalmışdır. Nissan Leaf əvvəlki kimi 109 at qüvvəli elektromotorla təchiz edilir. Böyük Britaniyada Nissan Leaf modelinin satış qiymətləri 16,5 min funt-sterlinqdən (34 min manat) başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt