Nissan şirkəti 5,6-litrlik V8 mühərrikini V6 türbomühərriki ilə əvəzləmək fikrindədir. Belə bir iddia ilə Automotive News nəşri çıxış edib. Yeni 3,5-litrli turbomühərrik iri Armada və Patrol ofrouderləri, habelə Tutan pikapı üçün baza mühərriki olmalıdır. Altısilindrli turbomühərrikin səkkizsilindrli atmosfer aqreqatından daha qənaətcil olacağı, həmçinin aşağı dövrələrdə dartma imkanlarına görə onu üstələyəcəyi məlumdur. Yeni turbomühərrikin debütü 2023-cü ilin sonuna qədər baş tutmalıdır.

ABŞ-da satılan Nissan Patrol modeli 2020-ci ilin sonunda yenilənib, habelə 406 at qüvvəsi və 559 Nm fırlanma anı hasil edən 5,6-litrlik atmosfer mühərrikini qoruyub. Tam ötürməli versiyada ofrouder 100 kilometrə 15,7 litr yanacaq sərf edir. Bununla belə, V8 mühərriki sərtləşən ekoloji normalara cavab verməyəcəkdir.

Nissan şirkətinin tamölçülü ofrrouderlər seqmentindəki rəqibi olan Toyota Sequioa və Ford Expedition modelləri V6 biturbo mühərrikləri ilə təchiz edilirlər. Səkkizsilindrli mühərriklər isə, yaxın zamanlarda yalnız General Motors (Cadillac Escalade, Chevrolet Tahoe, GMC Yukon) və Stellantis (Jeep Grand Wagoneer) konserlərinin dəbdəbəli ofrouderlərində qalacaqlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.