İnternet şəbəkəsində yenidən canlandırılacaq Nissan Silvia modelinin renderi peyda olub. Yeni Silvia modelinin elektrik güc qurğusu ilə hərəkətə gələcəyi gözlənilir. Japan’s Best Car nəşri Nissan şirkətinin rəhbərliyinin bazara əfsanəvi modellərdən birini qaytarmaq barədə qərar qəbul etdiyini xəbər verir.

Şayiələr görə, yeni modeli “Pure EV Silvia Revival” layihəsi çərçivəsində hazrlayacaqlar. Pərəstiş obyektinə çevrilmiş kupenin yeni batareyalı varisinin 2025-ci ildə təqdim ediləcəyi gözlənilir.

Renderlərdən göründüyü kimi, yeni elektrik kupesi 1964-cu ildə Tokyo avtosalonunda debüt etmiş ilk nəsil Nissan Silvia modelindən ilham alınaraq yaradılacaqdır. Buna kuzovun üst və alt tərəfini “ayıran” şaquli xətlər, habelə iki ön fənərlər və nazik arxa işıqlar işarə edir. Layihə haqqında başqa təfərrüatlar yoxdur.

Şayiələrə görə, Silvia modelinin yenidən canlanıdırlmasını Nissan Design Europe  mərkəzinin vitse-prezidenti Mətyu Uiver təklif edib. Onun sözlərinə görə, bu kupe zamanını qabaqlayıb və bu gün də yollarda effektiv görünür. Bununla yanaşı, Uiver əfsanəvi modelin elektrik ötürməsinə keçməsini müasir qlobal məhsulun əla nümunəsi olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.