Nissan şirkəti Titan pikapının bazasında ekstremal səyahətlər üçün hazırlanmış konsepti təqdim etmişdir. Yaponlar Project Basecamp adını almış pikapı mürəkkəb yolsuzluq şəraitində hərəkət üçün uyğunlaşdırmış və onu çadırla təchiz etmişdirlər.
Prototip 76 millimetr artırılmış klirensə, adaptiv pnevmatik asqıya və Nitto yolsuzluq şinləri olan 17-düymlük KMC Breadlock disklərinə sahib olmuşdur. Bundan əlavə, pikap gücləndirilmiş kuzov dəstinə, təkər tağlarının genişləndiricilərinə və damda quraşdırılan baqaja malikdir. Səyahət üçün gərək olan su və yanacaq çənləri ilə yanaşı, avtomobilin yük platformasında xüsusi metal konstruksiya quraşdırılmışdır. Bu konstruksiyanın üzərində çadır quraşdırılmışdır. Çadıra xüsusi nərdivan vasitəsi ilə dırmaşmaq mümkündür. Bundan başqa, çadırdan iki tent də açıla bilər.
Prototip 5,0-litrlik səkkiz silindrli dizel mühərriki ilə hərəkətə gəlir. Nissan şirkətindən quraşçdırılmış avadanlığın çox hissəsinin ABŞ-dakı dilerlərdən sifariş etməyin mümkün olduğu bildirilmişdir.