Şimali Amerikada satılan üçüncü nəsil Nissan Frontier pikapı üç il əvvəl qlobal Nissan Navara modeli ilə yollarını ayrıb. İndi isə, ABŞ və Kanada bazarlarında satılan pikap 2025-ci model ilinə keçidlə əlaqədar planlaşdırılan yenilənmədən keçib.
Yenilənmiş Frontier bir qədər fərqli simaya malikdir: o, yuxarı hissəsində üç kəsiyi olan yeni radiator barmaqlığını və fərqli bamperi əldə edib.
Qabaqcıl Pro-X və Pro-4X modifikasiyaları isə, arxa bortdakı qara örtməni alıb. Kuzov rəngləri palitrasına parlaq narıncı Afterburn çaları əlavə edilib. 17-düymlük təkər disklərinin dizaynına yenidən baxılıb.
Nissan Frontier artıq standart olaraq uzununa tənzimlənən sükana, onun bahalı versiyaları isə, sürücü oturacağının elektriklə tənzimlənən bel dəstəyinə malikdir. Ən nəzərəçarpan fərq media sisteminin ekranının ölçüsünün 9,0-dan 12,3 düymədək artırılmasıdır ki, bunun üçün də ön panelin mərkəzi hissəsini yenidən işləmək gərək olub.
Bundan başqa, Android Auto protokolunun simsiz dəstəyi əlavə edilib. Top SL versiyasında elektriklə tənzimlənən sərnişin oturacağı, dairəvi müşahidə kameraları və qadcetlər üçün simsiz enerji doldurma meydançası var. Elektron sürücü köməkçilərinin dəsti genişləndirilib.
Yedəyə alınan qoşqunun maksimal çəkisi 3012-dən 3243 kiloqrama (King Cab versiyası üçün) qədər artırılıb. Lakin güc aqreqatı dəyişilməz qalıb - bu klassik doqquz pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 314 at qüvvəli 3,8-litrlik V6 benzin mühərrikdir.
Pikap standart olaraq arxa ötürmə ilə çatdırılır, lakin əlavə ödəniş müqabilində ön oxun sərt qoşulmasını və azaldıcı pilləni ehtiva edən klassik part-time sxemi təklif olunur. Pro-X və Pro-4X ofroud versiyaları, əvvəlki kimi, arxa differensialın elektron idarəolunan kilidi və klirensi 249 millimetrə qədər artıran Bilstein amortizatorları ilə öyünə bilərlər.
Yenilənmiş Nissan Frontier pikapı Şimali Amerika bazarına payızda çıxacaq, lakin qiymətlər hələlik açıqlanmayıb. İndi restaylinqdən avtomobillərinin qiyməti 30 500 - 44 700 dollar (dilerə çatdırılma istisna olmaqla) arasındadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.