Nissan şirkəti Brüsseldə keçirilən avtosalonda NV300 furqonunun bazasında hazırladığı prototipi təqdim edib. İstehsalçı avtomobili dülgər işləri üçün mobil emalatxanaya çevirib.
Furqonun kuzovunda alətlər, materiallar və şəxsi əşyalar üçün qutular, sensorlu displeyi olan kompyüter, mantar ağacından lövhə, interyerin işıqdiodlarından işıqlandırılması və xüsusi istiqamətləndiricilər üzrə hərəkət edən kətil quraşdırılıb.
Konsept üçün Leaf elektrokarının işlənmiş batareyalarından sukeçirməyən kiçik elektrik qidalanma mənbəyi hazırlanıb. Onların ümumi tutumu 700 kilovat-saat, onun çıxış gücü isə bir kilovata çatır. Onu alətlərin qidalandırılması üçün istifadə etmək olar. Akkumulyatorların doldurulması furqonun damında quraşdırılan günəş panelləri hesabına həyata keçirilir.