Nissan şirkəti yenilənmiş GT-R modelinin şəklişləri üçün nəzərdə tutulmuş GT-R Drone kvadrokopterini təqdim etmişdir. Yaponlar bu aparatın dünyada ən sürətli dronu olduğunu iddia edirlər. Kvadrokopter Tornado XBlades Racing komandası tərəfindən yaradılmışdır ki, bu komanda da Dubayda keçirilən ilk World Drone Prix çempionatında qalib gəlmişdir.

Çəkisi 700 qram olan dron xüsusi aerodinamik gövdəyə maklikdir. Dron dörd elektrik mühərriki və tutumu 1400 millamper-saat olan batareyalarla təchiz edilmişdir.

GT-R Drone 0-dan 100 km/saat həddinə 1,3 saniyəyə sürətlənir ki, onun da maksimal sürəti 185 kilometr-saat təşkil edir. Müqayisə üçün 570 at qüvvəli 3,8-litrlik iki turbokompressorlu V6 mühərriki ilə təchiz edilmiş Nissan GT-R sportkarı 100 km/saat həddinə 2,8 saniyəyə sürətlənir. Avtomobilin malsimal sürəti 320 kilometr-saat təşkil edir.

Kvadrokopter və yenilənmiş Nissan GT-R modeli yapon şirkətinin Qudvuddakı stendində nümayiş etdiriləcəkdir.

Image alt Image alt Image alt Image alt