Nissan GT-R modeli uzaq 2007-ci ildə debüt edib və görünən odur ki, onun təqaüdə çıxmaq fikri yoxdur. Uzun illərdir ki, yeni nəsil haqqında şayiələr dolaşsalar da, heç nə dəyişməyib. Bununla belə, bu günlərdə Tokioda keçirilən avtosalonda 2024 model ilinin GT-R modeli debüt edib.

Buraxıldığı 16 ili ərzində sportkar çoxsaylı kiçik təkmilləşdirmələrdən keçib, lakin bu dəfə dəyişikliklər yalnız zahiri görkəmə aiddirlər. Bu eksteryerdəki ikinci dəyişiklikdir. Xatırladaq ki, birincisi 2016-cı ildə baş vermişdi.

Nissan GT-R Premium T-spec

Superkar yeni ön tərəfə sahib olub. Hava girişinin üfüqi splitteri indi kuzovla eyni rəngə (əvvəllər - qara) boyanır ki, bu da GT-R kupesinə daha ənənəvi görünüş və R34 seriyasından olan Skyline GT-R modeli ilə bənzərlik bəxş edir.

Bamperin yan tərəfləri daha hamar olub və yeni gündüz hərəkət işıqları meydana çıxıblar. Arxa bamper də dəyişdirilib, baqajın qapağındakı arxa antiqanadın forması da yenidən işlənib. Bütün metamorfozlar yerəbasma qüvvəsini artırmağa imkan versə də, aerodinamik müqavimət əmsalı (Cx = 0,26) dəyişməz qalıb.

Nissan GT- R Nismo Special Edition

Salon əvvəlki kimi qalır, lakin səs izolyasiyasına edilən dəyişikliklər kupeni bir qədər sakit edib və salondakı vibrasiyaları azaldıb. Bir il yarım əvvəl modifikasiya çeşidində görünən Premium Edition T-spec versiyası ayrıca mövqeləndirilir. O, daha bahalı daxili tərtibata, karbon-keramik əyləclərə və yenilənmədən sonra asqının daha rahat tənzimləmələrinə malik olub.

Nissan GT-R Nismo top versiyası da baza kupesi ilə eyni sxem üzrə yenilənib. O, yeni bamperlərə, dəyişdirilmiş ön hava girişinə və arxa diffuzora sahib olub. Baqaj qapağındakı arxa antiqanadın ölçüləri də böyüdülüb: işlək səthin sahəsi 10% artırılıb, dayaqlar daha hündür və nazik olublar. Salonda yeni karbon  oturacaqlar quraşdırılıb. Rənglənməmiş karbondan kapotu olan Nismo Special Edition xüsusi versiyası da qorunub saxlanılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texnikaya gəlincə, yeganə dəyişiklik Nissan GT-R Nismo modelində baş verib: özükilidlənən arxa diferensialdan əlavə, özükilidlənən ön diferensial da peyda olub. Qalan hər şey olduğu kimi qalır. Baza modeldəki 3,8-litrlik V6 biturbo mühərriki 570 at qüvvəsi və 637 Nm hasil edir.

Nismo versiyası isə 600 at qüvvəsi və 652 Nm fırlanma anına malikdir. Güc aqreqatı iki muftalı altı pilləli "robot" ilə tandemdə çalışır. Ötürmə - tamdır. Yenilənmiş Nissan GT-R superkarlarının Yaponiya və ABŞ-dakı satışlarına yazda başlanacaqdır, Nismo indeksli kupenin təkmilləşdirilmiş versiyası isə yayda satışa çıxarılacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.