Nissan şirkəti GT-R indeksli idman avtoomobillərinin 50 illik yubileyi şərəfinə hazırki sportkarın yubiley versiyasını hazırlayib. Onun rəng və qrafik sxemi GP seriyasından olan avtomobilləri və əfsanəvi Skyline GT-R R34 modelini xatırlatmalıdır. Yubiley modifikasiyası təkmilləşdirilmiş altısilindrli mühərrikə və transmissiyaya sahib olub.
Yubiley Nissan GT-R sportkarının kuzovu R34 modeli üçün istifadə edilən tarixi Bayside (Wangan) Blue mavi rənginə boyanıb. Bu sxemi, kuzov boyu çəkilən ağ zolaq tamamlayır. Arzu edənlər digər sxemləri də seçə bilərlər. Bunlar, mirvari ağ rəngi və qırmızı zolaq, gümüşü rəng və ağ zolaq sxemləridir. Sportkarın salonu əsasən boz rəngdədir. Burada xüsusi sükan çarxını, ötürmələr qutusunun dəstəyini, tavanı və alkantara ilə örtülmüş günlükləri görmək olar.
573 at qüvvəsi və 633 Nm fırlanma anı hasil edən 3,8-litrlik V6 mühərriki aşağı dövrələrdə onun reaksiyasını yaxşılaşdıran yeni turbokompressorlara və yarış texnologiyalarından istifadə edilərək yaradılmış çıxış kollektoruna sahib olub. Altıpilləli iki muftalı “robotun” proqram təminatı yenilənib: artıq qutu aşağı pilləyə daha aqressiv keçir və sürüş üslubuna daha effektiv adaptasiya olur.
Nissan GT-R 50th Anniversary Edition modelinin təchizat siyahısına mavi rəngli çıxış boruları olan titandan hazırlanmış səsboğucu sistem, yenidən tənzimlənmiş adaptiv asqı, sükan idarəetməsi və yeni əyləc gücləndiricisi daxil edilib.
Daha bir yenilik GT3 seriyasının yarış avtomobillərindən alınmış turbokompressorlara, opsional karbon dama və Brembo karbon-saxsı mexanizmlərinə sahib olan yenilənmiş GT-R Track Edition trek sportkarıdır. GT-R TE modelinin mühərriki 608 at qüvvəsi və 652 Nm təklif edir.
Bundan başqa, sportkarın ən ekstremal variantı GT-R Nismo da yenilənib. Sportkar 10,5 kiloqram yüngülləşdirilmiş karbondan hazırlanmış panellərə, yarış GT-R modellərinin üslubunda aerodinamik kuzov dəstinə, tökmə alüminiumdan hazırlanmış20-düymlük Rays disklərinə sahib olub. Bu versiyanın mühərriki GT-R Track Edition ilə eynidir.