Cari Nissan GT-R sportkarı artıq 14 ildir ki, buraxılır. Cavan olmayan modelə marağı qorumaq üçün, yapon şirkəti növbəti xüsusi versiyaları hazırlayıb. Yaponiyada təqdim olunan Nissan GT-R Premium Edition T-spec kupesi kuzov rənglərinin həvəskarlarını cəlb etməlidir.
Sportkarın boyandığı bənövşəyi və açıq-yaşıl çalarlar, R34 seriyasından olan Skyline GT-R modelinin rəng palitrasından götürülüb. Yeri gəlmişkən, bu sportkar Skyline modelinin pərəstişkarları arasında əfsanə sayılır. Sportkarın interyer də oxşar rənglərdə tərtib edilir.
Nissan GT-R Track Edition Engineered by Nismo T-spec
Bununla yanaşı, başqa dəyişikliklər də var. T-spec indeksli versiyalarda karbon-saxsı əyləc mexanizmləri quraşdırılır ki, bu günə qədər belə mexanizmlər ilə yalnız Track Edition (opsiya) və ən güclü GT-R Nismo (standart) versiyaları təchiz olunurdular. Bundan başqa, xüsusi versiyalar karbondan hazırlanmış arxa antqanada, orijinal mühərrik qapağına və əlbəttə ki, müvafiq emblemlərə malikdirlər.
Eyni zamanda, qabaqcıl Nissan GT-R Track Edition Engineered by Nismo T-spec versiyası da təqdim olunub.Premium Edition T-spec versiyası ilə eyni xüsusiyyətlərə malik olan sportkar, daha sərt şassi tənzimləmələri, karbondan damı və baqaj qapağı olan Track Edition modifikasiyasının əsasında yaradılıb.
Texniki dəyişiklik yoxdur. T-spec əlavəsi olan hər iki versiya da, adi Nissan GT-R sportkarı üçün standart olan 570 at qüvvəli 3,80-litrlik V6 biturbo mühərriki və iki muftalı altı pilləli “robot” təchiz edilir.
Xüsusi seriyadan olan sportkarlar 100 nüsxəlik tirajla istehsal olunacaq və oktyabrın sonuna qədər satışa çıxacaqdırlar. Yaponiyada standart T-spec modelinin qiyməti 145 min dollar, ABŞ-da isə 138 min dollardır. Nismo T-spec tərəfindən hazırlanan Track Edition versiyası yalnız Yaponiyada satılır və 163.000 dollara başa gəlir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.