Nissan şirkəti Hyper seriyasının ən sonuncu, beşinci konseptini - Hyper Force kupesini təqdim edib. Nəzəri cəhətdən o, daxili yanma mühərriki olmayan növbəti GT-R idman avtomobilinə çevrilə bilər. Konsept 1 meqavat və ya 1341 at qüvvəsi hasil edən elektrik güc qurğusuna, sərtgövdəki batareyaya və e-4ORCE tam ötürməsinə malikdir. Superkarın kuzovu da aerodinamik qapaqlı təkər diskləri kimi karbonplastikdən hazırlanıb. Üstəlik, bütün bu tilli gözəllik NISMO yarış komandasının iştirakı ilə yaradılıb.

İkimərtəbəli ön hissə aqressiv görünməklə yanaşı, həm də yerəbasma gücünü artırır və ötürmənin komponentlərinin soyudulmasını yaxşılaşdırır. İri diffuzor, ö cümlədən irəli çıxan kanardlar və ön qanaqlardakı açılan qəlsəmələr də daxil olmaqla, bir sıra aktiv aerodinamik elementlər hava axınının optimallaşdırılmasına xidmət edirlər.

Nissan mütəxəssislərinin konsept üçün hazırladığı ən ekzotik texnologiya plazma aktuatorudur. O, plazma hava axınına yönləndirərək ona nəzarət edir, sərhəd qatının qopmasının qarşısını alır və döngələrdə qaldırıcı qüvvəni azaldır.

Hyper Force iki hərəkət rejiminə malikdir: GT (Grand Touring) və R (Racing). Bu rejimlərn qrafik vizuallaşdırılması Polyphony Digital oyun studiyası tərəfindən hazırlanıb. Yarış profili qırmızı fon işıqlandırması və yarış avtomobilinə məxsus kokpit atmosferinə malikdir.

Sükan çarxının ətrafındakı dörd displeyi təkərlərin temperaturu və ilişmə səviyyəsini, həmçinin gücün paylanması və əyləc sisteminin vəziyyəti barədə məlumatları göstərir. 

GT rejimində interfeys sadələşir. Əsasən, o, asqı sərtliyi də daxil olmaqla müxtəlif parametrlərə giriş imkanı verir. Nissan stabilizatorlar və dayaqları hərəkət zamanı tənzimlənə biləcəyini söyləyib və başqa heç bir istehsalçının bunu təklif etmədiyi xüsusilə vurğulayıb.

Hyper Force konsepti həmçinin karbonplastikdən yüngül oturacaqları və lidar əsaslı avtonom idarəetmə sistemini alıb. Dayanacaqda durarkən, avtomobil sahibi onlayn yarışa daxil olmaq üçün xüsusi VR dəbilqəsindən istifadə edə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artırılmış reallıq vizoru isə, sportkarın sahibinə özünün, dostlarının və ya peşəkar pilotların virtual oxşarları ilə real trekdə rəqabət aparmağa imkan verəcək. Bütün bunların seriya avtomobillərində nə zaman tətbiq ediləcəyini söyləmək çətindir. Bəzi həllərdən indi də istifadə edilə bilər, lakin onların əksəriyyəti hələ də çox futuristik görünür.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.