Nissan Juke modelinin Avropadakı modifikasiya çeşidində hibrid versiya peyda olub. Juke Hybrid adlanan versiya vaxtın 80 faizini elektrik dartması ilə hərəkət və yanacağa 40 faiz qənaət edə bilər. İstehsalçının bildirdiyinə görə, hibrid Juke krossoverinin ortalama yanacaq sərfiyyatı 100 kilometrə 5,2 litr təşkil edir.

Nissan Juke Hybrid krossoverinin güc qurğusu Renault Clio E-tech modeli ilə eynidir. Hibrid güc qurğusunun tərkibinə 1,6-litrlik (94 at qüvvəsi, 148 Nm), elektromotor (49 at qüvvəsi, 205 Nm), 15 kilovatlıq startyor-generator və baqaj bölümünün döşəməsində yerləşdirilmiş 1,2 kilovat-saatlıq maye ilə soyudulan batareya daxildir.

Krossover hər zaman elektrik dartması ilə hərəkətə başlayır, sonra isə elektronika DYM-dən nə zaman və nə qədər istifadə olunacağını müəyyən edir. Yəni, faktiki olaraq müxtəlif hibridləşmə variantları (ardıcıl, paralel və ardıcıl-paralel) arasında seçim ola bilər.

Nissan şirkətindən bildirildiyi kimi, belə sistem əvvəlki benzin mühərriklərindən 25 faiz daha güclüdür. Bundan başqa, avtomobil istifadə vaxtının 80 faizini DYM-ni işə salmadan hərəkət və yanacağa 40 faiz (qarışıq rejimdə - 20 faiz) qənaət edə bilər. Bu əsasən sinxonizatorların əvəzinə dirsəkli muftaları olan avtomatik transmissiyanın xidmətidir. Məlum məsələdir kii, regenerativ əyləcləmə və bir pedalla hərəkət etməyə imkan verən e-Pedal funksiyası da var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Zahiri cəhətdən Nissan Juke Hybrid modeli adi krossoverdən avtomatik jalüziləri olan başqa radiator barmaqlığı ilə fərqlənir. Həmçinin avtomobilin təkərləri və altındakı qalxan və örtmələr də dəyişdirilib, baqaj qapağındakı spoyler böyüdülüb, habelə 17 və 19 düymlük təkər diskləri əlavə edilib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.