Nissan şirkəti, 2014-cü ildə təqdim etdiyi Kicks konseptinin əsasında işlənib-hazırlanmış eyni adlı krossoverin ilk tizerini dərc etmişdir. Avtomobilin seriya variantı konseptin adını qoruyub saxlayacaqdır. Bu barədə, Rio-de-Janeyroda keçirilmiş mətbuat konfransında, Renault-Nissan ittifaqının başçısı Karlos Qon açıqlama vermişdir. İlkin olaraq, yeni krossover Latın Amerikası ölkələrində satışa çıxarılacaqdır. Sonradan isə, krossoverin satışı digər bazarlarda da başlayacaqdır. Nissan Kicks’in istehsalı yapon şirkətinin Brazilyadakı Resende şəhərindəki zavodunda yerləşdiriləcəkdir. Bu məqsədlə zavoda 192 milyon dollar sərmayə qoyulacaq və yeni 600 iş yeri açılacaqdır.

Avtomobilin texniki xüsusiyyətləri hələ də sirr olaraq qalır. Güman edilir ki, yeni krossover Nissan March (Avropada - Micra) hetçbekinin platformasında istehsal ediləcək. Avtomobilin mühərrikinə gəldigdə isə, onun 111 at qüvvəli 1,6-litrlik benzin güc aqreqatının olacağı ehtimal edilir. Güc aqreqatının pilləsiz variator ilə birləşdiriləcəyi ehtimallar sırasındadır.

Nissan Kicks konsepti 2014-cü ildə San-Paolodakı avtomobil sərgisində nümayış etdirilmişdir. Avtomobilin işlənib-hazırlanmasında yapon şirkətinin ABŞ, Braziliyaı və Yaponiyadakı dizayn mərkəzləri iştirak etmişdirlər. Konseptin simasında Braziliya yollarının və təbiətinin rəng təzadları əks etdirilmişdir. 

Krossover tünd boz rəngə, onun damı isə narıncı rəngə boyanmışdır. Narıncı elementlər avtomobilin bamperlərində və disklərində də əksini tapmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt