Nissan şirkəti, bir müddət bundan əvvəl Kicks adlı krossoverin ilk tizerini dərc etmişdir. Sonradan yapon şirkəti yeni krossoverin qeyri-rəsmi fotoşəkillərini də yaymışdı. Bu günlərdə Kicks modelinin təsvur edildiyi videoçarx internetdə peyda olmuşdur. Nissan Kicks krossoverinin seriya variantının may ayında Braziliyada təqdim ediləcəyi söylənilir. Nissan Kicks konsepti 2014-cü ildə San-Paolodakı avtomobil sərgisində nümayış etdirilmişdir. Avtomobilin işlənib-hazırlanmasında yapon şirkətinin ABŞ, Braziliyaı və Yaponiyadakı dizayn mərkəzləri iştirak etmişdirlər. Konseptin simasında Braziliya yollarının və təbiətinin rəng təzadları əks etdirilmişdir.
Konsept avtomobilinin qabarit uzunluğu 4300 millimetr, eni - 1800 millimetr, hündürlüyü isə 1600 millimetr təşkil edirdi. İlkin olaraq, yeni krossover Latın Amerikası ölkələrində satışa çıxarılacaqdır. Sonradan isə, krossoverin satışı digər bazarlarda da başlayacaqdır. Nissan Kicks’in istehsalı yapon şirkətinin Brazilyadakı Resende şəhərindəki zavodunda yerləşdiriləcəkdir.
Bu məqsədlə zavoda 192 milyon dollar sərmayə qoyulacaq və yeni 600 iş yeri açılacaqdır.
Avtomobilin texniki xüsusiyyətləri hələ də sirr olaraq qalır. Güman edilir ki, yeni krossover Nissan March (Avropada - Micra) hetçbekinin platformasında istehsal ediləcək. Yeni krossoverin mühərrik çeşidinə gəldigdə isə, onun 111 at qüvvəli 1,6-litrlik benzin güc aqreqatının olacağı ehtimal edilir. Güc aqreqatının pilləsiz variator ilə birləşdiriləcəyi ehtimallar sırasındadır.