Nissan şirkəti iki elektrik mühərriki ilə təchiz edilmiş Leaf e+ prototipini nümayiş etdirib. Mühərriklərdən biri ön oxda, digəri isə arxa oxda yerləşdirilib ki, bu yolla elektrokar tam ötürmə ilə təmin edilib. Nissan şirkəti bu texnologiyanı yeni nəsil elektromobillərdə tətbiq edəcəkdir.
Elektromühərriklərin ümumi hasilatı 308 at qüvvəsi və 680 Nm təşkil edir. Sistem hər bir təkərin əyləclənməsini idarə etməyə və bu yolla şin tərəfindən yaradılan dönmə anını yüksəltməyə imkan verir. Bundan başqa, rekuperativ əyləcləmə təkcə ön təkərlərlə deyil, həm də arxa təkərlər ilə də həyata keçirilir. Sürətlənmə zamanı isə sistem optimal rejimdə işləyərək firlanma anının itikisinin qarşısını alır.
Test avtomobili üçün cari nəsil Leaf modelinin kuzovunun istifadə edilməsinə baxmayaraq, avtomobilin dizaynında bir sıra dəyişikliklər baş verib. Məsələn, Leaf genişləndirilmiş təkər tağlarına, ralli disklərinə sahib olub. Salonda isə ön panelinin mərkəzində 12,3-düymlük ekran peyda olub ki, bu ekranda avtomobilin, o cümlədən tam ötürmə sisteminin işi barədə məlumat əks etdirilir.
Nissan test protoipinin qabaritlərini də bildirib. Elektrokarın uzunluğu 4480 mm, eni – 1830 mm, hündürlüyü 1540 mm, təkər bazasının genişliyi isə 2700 mm təşkil edir. Elektrokar öndə 215/55 R17, arxada isə 235/50 R17 şinləri ilə təchiz edilib.