Nissan şirkəti yeni Magnite konseptini təqdim edib. Əvvəlcə Datsun brendi altında təqdim edilməli olan model, Nissan markasının model xəttində ən əlçatan krossover olacaq və Hindistan bazarında satılacaqdır.
Konsept statusunda debüt etməsinə baxmayaraq, Magnite daha çox seriya versiyasına yaxındır. Yəqin ki, konveyerə çatana qədər konsept plastik örtüklü iri təkər tağlarını itirəcək, radiator barmaqlığı, ön işıq texnikası və təkər diskləri bir qədər sadə olacaqdırlar.
Krossoverin uzunluğu dörd metrdən çox olmayacağı və geniş çeşiddə avadanlığa sahib olacağı artıq məlumdur. Belə ki, Magnite kruiz-kontrol sistemi, dairəvi görüntü kameraları və səkkiz düymlük ekranı olan multimedia sistemi ilə təchiz ediləcəkdir.
Nissan Magnite modeli ön ötürməli CMF-A modul platformasına əsaslanır. Krossoverin mühərrik çeşidinə 1,0-litrlik üçsilindrli atmosfer mühərriki və onun turboversiyası daxil ediləcəkdir. Birinci halda, mühərrikin hasilatı 72 at qüvvəsi, ikinci halda isə - 95 at qüvvəsidir. Transmissiya - mexaniki ötürmələr qutusu, "robot" və ya variator olacaqdır.
Nissan Magnite modelinin seriya variantı 2020-ci ilin sonuna qədər nümayiş etdiriləcəkdir. Krossoverin kütləvi istehsalına 2021-ci ilin əvvəlində Nissan şirkətinin Hindistandakı zavodunda başlanacaqdır. Nissan Magnite yalnız Hindistanda satılacaqdır.