Miniatür Nissan Magnite krossoveri 2020-ci ilin sonundan başlayaraq Hindistanda istehsal olunur və indiyədək cəmi 150 min nüsxədə satılıb. Məsələ ondadır ki, bu günə qədər 3998 millimetr uzunluğu olan avtomobil yalnız sağ sükanlı versiyada buraxılıb və bu da onun ixrac potensialını xeyli məhdudlaşdırıb. Krossover Hindistandan başqa, Afrika və Asiyanın iyirmi ölkəsinə ixrac olunur.

Nissan yalnız indi Magnite modelinin satış coğrafiyasını 65 ölkəyə qədər genişləndirəcək sol sükanlı spesifikasiyada buraxmaq qərarına gəlib. İlk istehsal ilində Nissan 100 min avtomobil ixrac etməyi planlaşdırır! Modelin planlaşdırılan restaylinqi də sol sükanlı versiyanın buraxılması ilə üst-üstə düşüb.

Yenilənmə cüzi xarakter daşıyır, təchizata və ya texniki hissəyə təsir göstərməyib. Məsələn, daha geniş radiator barmaqlığı peyda olub və o indi faralarla birləşdirilib. Bamperin yeni duman əleyhinə işıqların yerləşdiyi aşağı hissəsi dəyişdirilib, arxa fənərlərdə isə, qabarit işıqlarının naxışı yenidən işlənib. Yeni 16 düymlük təkər diskləri də təklif olunur.

Başlanğıc səviyyələrində interyer demək olar ki, dəyişməz qalıb. Bundan başqa, cihazlar panelində təkmilləşdirilmiş qrafikalı yeni yeddi düymlük ekran peyda olub və nəhayət, ikinci cərgədə orta sərnişin üçün üç nöqtəli təhlükəsizlik kəməri quraşdırılıb (əvvəllər yalnız qurşaq kəməri var idi). 

Hindistan standartlarına  görə, model altı təhlükəsizlik yastığı və sabitləşdirmə sistemi ilə təchiz olunmalıdır. Ancaq zəngin versiyalar üçün bir sıra elementlər hazırlanıb. Bunlara misal kimi ikirəngli interyer tərtibatını (əvvəllər yalnız qara variant var idi), smartfonlar üçün simsiz enerji doldurma meydançasını, qabaqcıl kontur işıqlandırmasını (seçmək üçün dörd rəng var), hava ionizatoru və soyudulan əlcək qutusunu göstərmək olar. Apple CarPlay və Android Auto protokolları vasitəsilə smartfonlar ilə simsiz birləşmə imkanı da əlavə edilib.,

1,0-litrlik (72 at qüvvəsi, 96 Nm) üçsilindrli baza mühərriki yalnız daxili Hindistan bazarı üçün nəzərdə tutulub. Transmissiyalara gəldikdə isə, Magnite üçün beş pilləli mexaniki ötürmələr qutusu və ya onun əsasında yaradılmış bir muftalı AMT “robotu” təklif olunur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan Magnite krossoverinin ixrac versiyasını bu mühərrikin mexaniki transmissiya və ya variatorla tandemdə çalışan turbo versiyası (100 at qüvvəsi, 160 Nm) ilə ixrac ediləcək. Ötürmə - yalnız ön təkərlərədir.

Artıq restaylinq edilmiş avtomobillərin Hindistandakı satış qiymətləri də açıqlanıb. Atmosfer mühərriki olan Magnite modelinin qiyməti 7 100 - 11 400 dollar, turbo versiyasının isə, 10 900 – 13 700 dollar arasında dəyişir. Yenilənmiş Nissan Magnite modelinin digər bazarlardakı satışına gələn il başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.