Nissan bu konsepti ilk dəfə 2021-ci ilin noyabrında nümayiş etdirib, lakin o zaman avtomobil yalnız kompüter renderləri şəklində mövcud idi. Amma, yaponlar bununla kifayətlənməyiblər və bu layihəni reallaşdırdırmaq qərarına gəliblər. Nəticədə Nissan Max-Out rodsteri canlı şəkildə debüt edib.

Doğrudur, texniki məlumatın və xüsusiyyətlərin açıqlanmadığını nəzərə alsaq, söhbət tam ölçülü hərəkətsiz maketdən getdiyini söyləmək olar. Keçən il Nissan Max-Out konsepti yeni nəsil e-4orce mühərrikləri, yığcam bərkgövdəli akkumulyatoru, aşağı ağırlıq mərkəzi və drayver şassisinə malik olan kompakt elektrik rodsteri kimi səciyyələndirilmişdi. İndi isə, hətta bu məlumatlar da təsdiqini tapmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin dizayn baxımından konsept 2021-ci ilin renderlərini tam şəkildə təkrarlayır. Pazşəkilli dizayn, təmiz səthlər, ön panellə ön şüşəni birləşdirən nəhəng ön örtük renderdəki kimidir. Salonda yastıqları yerə birləşdirilmiş və kürək hissəsi dəyişdirilə bilən iki kreslo var. Əlbəttə ki, hər yerdə ekranlar var - hətta, şturvalın topunda da.

Max-Out konsepti fevralın 4-dən martın 1-dək şirkətin Tokiodakı baş ofisində baş tutacaq Nissan Futures tədbirinin mərkəzi eksponatı olacaqdır. Sərgidə hər kəsin Nissan nümayəndələrinə elektrikləşdirmədən gözləntiləri və avtomobil nəqliyyatının gələcəyi barədə danışa biləcəyi açıq müzakirələr keçiriləcəkdir. Lakin effektiv rodster seriyaya getmək ümidi olmayan statik eksponat olaraq qalacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.